Jerar Depardye qərarını verdi - Cinsi zorakılıq hökmünə etirazdan əl çəkdi

Jerar Depardye qərarını verdi - Cinsi zorakılıq hökmünə etirazdan əl çəkdi
17 noyabr 2026
# 11:06

Fransız aktyor Jerar Depardye barəsində çıxarılmış cinsi zorakılıq hökmündən apellyasiya şikayətini geri götürüb və zərərçəkən qadınlardan üzr istəyib.

Kulis.az xəbər verir ki, aktyor yazılı açıqlamasında məhkəmənin qərarını qəbul etdiyini və davranışlarının qadınlara vurduğu zərəri anladığını bildirib.

Bu, Depardyenin iş üzrə ilk açıq üzrxahlığı hesab olunur.

Məhkəmə aktyoru 2021-ci ildə “Les Volets Verts” filminin çəkiliş meydançasında iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilmişdi. Apellyasiya şikayətinin geri götürülməsi ilə hökm qüvvədə qalır. Depardye açıqlamasında çəkiliş meydançalarında uzun müddət kobud zarafatların və təxribatçı davranışların arxasında gizləndiyini də etiraf edib. Zərərçəkən qadınlardan biri üzrxahlığı illərdir gözlədiyini desə də, aktyorun bunu məhkəmədə şəxsən etməsini üstün tutacağını bildirib.

# 39 dəfə oxunub

Oxşar xəbərlər

“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı

“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı

10:38 17 noyabr 2026
“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

09:57 17 noyabr 2026
Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər