Alternativ rok musiqisinin məşhur qruplarından “R.E.M.” pərəstişkarlarına arxiv materiallarından ibarət xüsusi buraxılış təqdim etməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, qrup noyabrın 20-də 2001-ci ildə yayımlanan “Reveal” albomunun 25 illik yubiley nəşrini buraxacaq.
Yeni nəşrin ən diqqətçəkən tərəfi isə əvvəllər ictimaiyyətə təqdim edilməmiş 17 səs yazısının alboma daxil edilməsidir.
“The Black Session Revealed” adı altında birləşdirilən bu yazılar 2001-ci ilin mayında Parisdə, “Radio France” üçün lentə alınıb. Beləliklə, dinləyicilər qrupun həmin dövrdəki ifa tərzini, studiya və canlı səsyazma atmosferini daha yaxından tanımaq imkanı qazanacaqlar. “Reveal” qrupun diskoqrafiyasında mühüm yer tutur və yubiley nəşri həm albomun köhnə pərəstişkarları, həm də “R.E.M.” musiqisini sonradan kəşf edənlər üçün maraqlı arxiv materialıdır.