Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı
16 noyabr 2026
# 14:38

Asiyanın ilk Avroviziya mahnı müsabiqəsinin qalibi Filippindən olan 19 yaşlı müğənni Karmelle Kollado olub.

Kulis.az xəbər verir ki, noyabrın 14-də Banqkokda keçirilən finalda o, “Sobra-Sobra” mahnısı ilə 211 xal toplayaraq birinci yerə yüksəlib.

Müsabiqədə 11 ölkənin təmsilçiləri yarışıb, səsvermədə isə 183 ərazidən tamaşaçılar iştirak ediblər.

Karmelle həm peşəkar münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsində qalib gəlib. Tayland təmsilçiləri ikinci, Vyetnamdan olan Tok Tien isə üçüncü yeri tutub. Yarışın ilk qalibinin məhz Filippindən çıxması Asiya musiqi sənayesi üçün də diqqətçəkən hadisədir. İfaçı qələbəsini Filippin qadınlarına həsr etdiyini bildirib.

Beləliklə, Avropada böyük populyarlıq qazanan mahnı müsabiqəsinin Asiya versiyası ilk mövsümünü başa vurub və gələcək illər üçün yeni rəqabət meydanı yaradıb.

# 27 dəfə oxunub

Oxşar xəbərlər

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

14:30 16 noyabr 2026
Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

14:04 16 noyabr 2026
Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

13:33 16 noyabr 2026
Türkiyədə serialların müddəti qısaldıla bilər

Türkiyədə serialların müddəti qısaldıla bilər

13:02 16 noyabr 2026
Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

12:27 16 noyabr 2026
Həmid Herisçi:  "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə

Həmid Herisçi: "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə

12:00 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər