2026-cı ilin “Rock & Roll Hall of Fame” təqdimetmə mərasimi musiqi dünyasının yaddaqalan gecələrindən birinə çevrilib.
Kulis.az xəbər verir ki, mərasimdə Fil Kollins, Billi Ay dol, “Wu-Tang Clan”, “Oasis”, “Iron Maiden”, “Sade”, “Joy Division/New Order” və Lüter Vandrossun adı şöhrəti zalına daxil edilənlər sırasına yazılıb.
Gecənin diqqətçəkən məqamlarından biri səhnədəki gözlənilməz çıxışlar olub. “U2” və “Aerosmith”in “Run-DMC” ilə birgə çıxışı tamaşaçılar üçün sürprizə çevrilib. Fil Kollinsin musiqi irsinə həsr olunan nömrədə Sintiya Erivo və Trevis Barker də səhnəyə çıxıblar.
Lüter Vandrossun təqdimatını isə Opra Uinfri edib.