İngiltərənin London şəhərində keçirilən "Frieze Masters" sərgisində nümayiş olunan Qədim Misir tanrısı Ptahın 2700 illik bürünc heykəli Hollivudun məşhur "Oskar" mükafatının dizaynı ilə mümkün əlaqəsinə görə gündəmə gəlib.
Kulis.az xəbər verir ki, antik Misirin yaradıcı tanrısı Ptahı təsvir edən və qədim Misirin gec dövrünə aid edilən heykəl antikvar eksperti Rupert Vace tərəfindən araşdırılıb.
Qeyd edək ki, sözügedən sənət əsəri "Frieze Masters 2026" sərgisinin açılış günündə açıqlanmayan məbləğə satılıb.