Akademik Milli Dram Teatrı Minskdə “İlahi oyun” tamaşası ilə çıxış edib

Akademik Milli Dram Teatrı Minskdə “İlahi oyun” tamaşası ilə çıxış edib
23 noyabr 2015
# 17:35

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edib və “İlahi oyun” tamaşası ilə açılıb. Forumda Azərbaycan səfirliyinin nümayəndələri, diplomatik korpusun əməkdaşları iştirak edib.

Beynəlxalq tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemətin rəhbərliyi ilə teatrın kollektivi rəssamların, dramaturqların, rejissorların və teatrşünasların məşğələ və master klaslarında iştirak edib. Məşğələlərdə Akademik Milli Dram Teatrının rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab olunub və rejissora xüsusi diplom təqdim olunub.

“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər. “İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılıb.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
# # #