Gənc Tamaşaçılar Teatrından məktəblilərə şad xəbər

Gənc Tamaşaçılar Teatrından məktəblilərə şad xəbər
16 oktyabr 2015
# 12:01

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının ikinci yarısı teatrsevərlərə 25 tamaşa təqdim edəcək. Teatrın mətbuat xidmətindən Kulisə bildirilib ki, tamaşalardan 16-sı yerli teatrsevərlər üçün, 10-u isə xarici ölkədə qastrol səfərində nümayiş ediləcək.

Tamaşalar həm məktəblilər, həm də gənclər və yaşlı nəsli maraqlandıran mövzulara həsr olunub.

Teatr oktyabr ayının 16-da saat 19:00-da yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşasını nümayiş etdirəcəkdir.

Məktəblilər oktyabrın 17-18 tarixlərində saat 12:00-da “Balaca və damda yaşayan Karlson” (A.Tolstoy) və “Ələddinin sehrli çırağı” tamaşalarına baxa biləcəklər. Həmin günlər böyüklər üçün İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” və Ə.Əmirlinin “Hasarın o üzü” təqdim ediləcək.

Oktyabr ayının 21-də saat 16:00-da Ə.Əmirlinin “Mən səni sevirəm”, 23-də saat 19:00-da V.Siqarevin “Ağ ölüm”, 24-də saat 09:30, 12:00-da S.S.Axundov, A.Şaiqin “Qaraca qız”, saat 19:00-da Elçinin “Buzovna kəndinin əhvalatları”, oktyabr ayının 25-də saat 12:00 və 14:00-da “Qoğalın nağılı”, axşam saat 19:00-da isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası nümayiş olunacaq.

Kollektiv oktyabrın 26-dan 30-dək Rusiyanın Elista şəhərində 10 tamaşa təqdim edəcək.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pit ölümlə üz-üzə qaldı - "F1" filminin ən qorxulu səhnəsi

Bred Pit ölümlə üz-üzə qaldı - "F1" filminin ən qorxulu səhnəsi

10:48 16 oktyabr 2025
Milyonların gözlədiyi filmdə o da çəkiləcək

Milyonların gözlədiyi filmdə o da çəkiləcək

12:11 14 oktyabr 2025
Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

11:37 13 oktyabr 2025
"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

14:23 10 oktyabr 2025
"Dune 3"  filminin hazırlıqları davam edir

"Dune 3" filminin hazırlıqları davam edir

10:40 9 oktyabr 2025
Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu

Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu

11:35 7 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər