“Ölülər” tamaşasının premyerası keçirilib

“Ölülər” tamaşasının premyerası keçirilib
1 iyun 2016
# 10:17

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Tamaşada Şeyx Nəsrullah rolunda xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndər rolunda isə aktyor Anar Heybətov çıxış edib. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Mətləb Abdullayev, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Canəli Canəliyev və başqaları canlandırıb.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

“Oriondan sevgilərlə”  filmi beynəlxalq festivalda nümayiş olunacaq

“Oriondan sevgilərlə” filmi beynəlxalq festivalda nümayiş olunacaq

14:00 22 aprel 2026
“Sirli xəritə. Şamaxı macəraları”  animasiya filmi təqdim olundu

“Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olundu

11:20 22 aprel 2026
Şərqdə ilk kinorejissor qadın - Kiminlə tanışlıqdan sonra  onun kinoya marağı artmışdı?

Şərqdə ilk kinorejissor qadın - Kiminlə tanışlıqdan sonra onun kinoya marağı artmışdı?

18:39 20 aprel 2026
“Sürəyyanın 32-ci günü”  filminin çəkilişləri başladı

“Sürəyyanın 32-ci günü” filminin çəkilişləri başladı

16:43 20 aprel 2026
Maykl Cekson haqqında yeni filmin nümayiş tarixi açıqlandı

Maykl Cekson haqqında yeni filmin nümayiş tarixi açıqlandı

15:05 20 aprel 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşdı

“Sən, ey uşaqlıq” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşdı

13:12 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər