Azdramada “Xanuma” göstərilib

Azdramada “Xanuma” göstərilib
5 dekabr 2016
# 16:38

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.

Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

Devid Linçə həsr olunmuş 2 günlük festival baş tutacaq

Devid Linçə həsr olunmuş 2 günlük festival baş tutacaq

10:38 10 sentyabr 2025
İsrailin film şirkətlərinə boykot

İsrailin film şirkətlərinə boykot

09:35 10 sentyabr 2025
"Harri Potter"in rəssamı vəfat etdi

"Harri Potter"in rəssamı vəfat etdi

17:00 9 sentyabr 2025
Məşhur aktyor yeni rolu üçün arıqladı

Məşhur aktyor yeni rolu üçün arıqladı

16:30 9 sentyabr 2025
"Buffalo 8"in beynəlxalq satış hüquqları satın alındı

"Buffalo 8"in beynəlxalq satış hüquqları satın alındı

16:00 9 sentyabr 2025
Noah Baumbax “Jay Kelly” filminə görə mükafat alacaq

Noah Baumbax “Jay Kelly” filminə görə mükafat alacaq

13:33 9 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər