"Ər quyusu" filminin premyerası keçirilib

"Ər quyusu" filminin premyerası keçirilib
16 fevral 2017
# 11:07

Nizami Kino Mərkəzində “Ər quyusu” adlı filmin təqdimatı keçirilib. Filmi yazıçı Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında ekranlaşdırıb.

Təqdimat mərasimində bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva çıxış edərək ekran əsərinin çəkilişlərinin 5 gün ərzində aparıldığını söyləyib. Qeyd edib ki, xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda həyata keçirilib.

Daha sonra film nümayiş olunub.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Filmdə 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürülüb. Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edib, həm də özünün aktuallığını qoruyan qızların ərə getməmək məsələsini fərqli baxış bucaqlarından gülərək və düşünərək izləyib.

Komik hadisələrlə zəngin filmdə rolları Əməkdar Artist Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa ediblər. /azərtac/

# 2550 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"in məşhur filminin davamı çəkiləcək

"Netflix"in məşhur filminin davamı çəkiləcək

10:13 4 iyun 2026
Rejissor məşhur serialın bitdiyini açıqladı

Rejissor məşhur serialın bitdiyini açıqladı

16:00 2 iyun 2026
ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başladı

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başladı

17:37 1 iyun 2026
"A Minecraft Movie" filminin davamı çəkiləcək

"A Minecraft Movie" filminin davamı çəkiləcək

13:00 1 iyun 2026
"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?

12:15 29 may 2026
Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

11:05 29 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər