Bu gün kanadalı şair və musiqiçi Leonard Kohenin anım günüdür.
Kulis.az onun "Məni sevməyə məcbur deyilsən" şeirini təqdim edir.
Həmişə istədiyim
tək qadın olsan da
məni sevməyə məcbur deyilsən...
hər gecə səni izləmək üçün doğulmuşam mən
və səni sevən bir çox adamdan
biriyəm sadəcə...
bir yeməkdə görüşürük səninlə.
ovcunu alıram əllərimin arasına -
köhnə bir taksinin içində.
sonra oyanıram yalqız
"Disiplin" otelində
əllərim yoxluğunun üzərində...
Bütün bu mahnıları sənə yazdım mən
iki şam yandırdım, biri qırmızı, digəri qara
biri qadın, o biri kişi
iki səndəl ağacının tüstüsü ilə evləndirdim onları...
sənin üçün dua etdim
məni sevməyin üçün dua etdim
məni sevməməyin üçün dua ettim...
Türk dilindən sətri tərcümə: Sevinc Mürvətqızı