Gecə qatarında inilti
1 avqust 2011
14:53
Bu dəfə Gəncə səfərim Əriklik deyilən yerdə bir restoranda toyuq cığırtması və moruq arağıyla başa çatdı; qalxarkən yolda özümə uyğun yol yoldaşım olarsa, qatarda onunla içmək üçün kisədibi bir şüşə də moruq arağından götürüb, vağzala yollandım.
Ayağımı dəmir pilləkənə qoyar-qoymaz qatar yuxudan oyanıb fısıldadı, gərnəşdi, qüssə dolu bir fit verib, ağır-ağır, yuxulu-yuxulu, hətta yorğun-yorğun yerindən dəbərdi; sanki onu arxadan zorla itələyib yola saldılar.
Çiynimdə çantam, əlimdə bilet, adamlara toxunmamaq üçün tamburda xərçəngsayağı yanpörtü yeriyə-yeriyə kupemi axtarmağa başladım və tapdım. Paho! Kupe ağzınacan arvad-uşaqla dolu idi, elə bildim səhv gəlmişəm, bir də biletin və kupenin nömrələrinə baxdım; biletdəki nömrə ilə qapıdakı eyni idi. Ora-bura qurcuxduğumu, aşağa-yuxarı boylandığımı görüb, içəridən bir kişi kupedəki yerlərdən birinin onların olmadığını dedi. Aha! Demək, o yer mənimkidir.
Dilucu “Axşamınız xeyir”dən sonra çantamı yuxarı qatdakı yerimə tullayıb, siqaret çəkmək üçün tamburda yol ölçməyə başladım, əslində, fikrim ağır külfət olan yol yoldaşlarım yatanacan tamburda dayanıb yol boyu qaranlıq qış gecəsinə, ara-sıra uzaqda yanıb-sönən, kasıb adamların son ümidinə bənzəyən tənha işıqlara baxmaq, yalandan da olsa, özümü böyük yazıçılar sayaq kədərli yol düşüncələrinə qərq etmək idi. Kupedəki arvadlar laqqırtı vurur, qəfildən xorla şaqqanaq çəkib gülür, kişilər nəyisə öz aralarında götür-qoy edir, uşaqlar isə yuxarı qata dırmaşıb balışlarla bir-birilərini “əzişdirirdilər”.
Çox keçməmiş ənənəvi yol süfrəsi açıldı; arvadlar bişirib özləriylə yola götürdükləri soyutma toyuqları zənbillərindən çıxarıb şaqqalayaraq xırda masaya qoydular, yan-yörəsinin də suyunu, turşusunu, çörəyini həmçinin. Kişilər o saat, sanki, sehrbaz kimi qeybdən araq çıxartdılar. Əvvəlcə uşaqların hərəsinin əlinə bir tikə ət, bir tikə çörək verdilər ki, böyüklərə mane olmasınlar. Yalnız bu zaman yadlarına düşdü: axı burda biri də var idi və bir kişi başını qapıdan çıxarıb təkidlə məni masaya dəvət etdi, hətta yol yoldaşlığının insan həyatındakı önəmi haqqında bildiyi yüngülvari fəlsəfəni də məndən əsirgəmədi.
Könülsüz-könülsüz içəri keçdim – uşaqlıqdan tanımadığım adam yanında yemək yeyə bilmirəm – kişilər xırda masanın yuxarı başında oturduqları üçün mən ətəyə, arvadların arasına düşdüm və bundan heç də peşman olmadım. “Haralısan?” bayaqkı kişi qatarın silkələnməsinə müqavimət göstərib əllərini mümkün qədər titrətmədən araq süzə-süzə soruşdu. Bakıda yaşadığım, həm də bu cür sorğu-suallardan zəhləm getdiyi üçün “Bakıdanam” deyib tez-bazar canımı qurtardım. “İçənsən?”, “Hərdən. Yalançının zatına lənət”, “Onda bu gün bizimlə birdən iç”. Arvadlar kişinin yumor hissini öz şaqqanaqları ilə alqışladılar. Uşaqlar bir əllərində toyuq əti, o biri əllərində çörək dişlərinə dartışdıra-dartışdıra maraqla mənə baxırdılar.
Yüngülvari bir sağlıq və içdik. Sıxıldığımı görüb ikinci kişi toyuq budunu, az qala, ağzıma dürtdü. “Tələbəsən?”, “Tələbə kimi bir şeyəm, yazıçıyam”. “Hə, deməli, yazanlardansan?” Ağzım dolu olduğu üçün başımla təsdiqlədim. Deyəsən, peşəm döşlərinə yatdı və kişilər mənə bir ucdan ictimai-siyasi, ədəbi-bədii, hətta fəlsəfi suallar verməyə, hər cavaba görə də bir “rumka” araqla mükafatlandırmağa başladılar; sanki, imtahan götürürdülər, aldığım qiymətlər isə araqla ölçülürdü.
Kişilərin mənə xüsusi ehtiram göstərdiyini görüb, arvadlar da əl-ayağa düşmüşdülər; kimi su süzür, kimi qarşımdakı nimçəni təmizləyir, kimi də dilotu yemiş ərinə təpinirdi ki, az danışdırın, qoy uşaq çörəyini yesin. Bir az keflənəndən sonra isinişdik, hətta yanımda oturan arvad budunu bir az da mənə sıxdı. Bakıya toya getdiklərini dedilər və əlavə etdilər ki, onları çox görüb qorxmayım, hamı bu kupedə yatmayacaq, qonşu kupe də onlarındır, yatanda hərə öz yerinə gedəcək.
Bunu eşitcək qalxıb çantamdakı moruq arağını götürdüm və masanın tən ortasına nalladım, yəni bu da məndən. Bəh-bəhlə, marçamarçla onu da aşırtdıq və yatmaq vaxtı çatdı. Arvadlar yerlərinə rahat girsinlər deyə mən yenə siqaret çəkmək mahnasına kupedən çıxdım. Qayıdanda gördüm ki, onlar mənim də üst qatdakı yerimi sahmana salıblar. Bu yolüstü doğmalıq məni xeyli utandırdı, hətta bir az kövrəltdi də... bu hiss yalnız uzun müddət heç bir qayğı görməyən, özü bişirib, özü yeyən yalqız adamlarda olur. Onlar qayğını kimdənsə utana-utana istədikləri borc bilirlər, Bu “borcu” kimsə özü onlara uzadanda elə bilirlər ki, ac mədələri, boş cibləri, gecələr ağladıqları yataqları, cırıq alt paltarları artıq hamıya agah olub. Çünki onlar üçün yalqızlıq gizlənmək üçün ən yaxşı yerdir. Lal-dinməz qalxıb yerimə uzandım. Bir-iki pıçhapıçdan sonra hamı yuxuya getdi.
Gecənin bir aləmi, türkün sözü, mənim altımda, yəni alt qatımda yatmış qadının boğuq, ağrılı iniltisinə oyandım. Deyəsən, sevişirdilər orda. Gözümü belə açmağa xəcalət çəkdim. Özü də elə sevişirdilər ki, elə bil, bunu bütün sərnişinlərin eşitməsini istəyirdilər. Elə bil, istəyirdilər ki, qatarın seksual inqilab baniləri olduqlarını maşinistdən tutmuş, bələdçilərə qədər hamıya sübut etsinlər. Aşağıdan elə səslər gəlirdi ki, sanki qədim yunan tanrısı Dionis alt qatda özünün növbəti orgiyalarından birini təşkil etmişdi. Düzdür, kişinin cınqırı da çıxmırdı, ancaq arvad özünü yeyib-tökürdü, elə inildəyirdi ki, deyərdin, kişi ilə yox, erkək dəvə ilə sevişir.
Gözüyumulu şəkildə beynimdə bayaqkı məclisdəkiləri bir də canlandırdım: Deməli, bir ər-arvad bizim kupedə qaldılar, o biri ər-arvad uşaqları da götürüb qonşu kupeyə keçdilər. Üçüncü, rus demiş, “xolostoy” arvad isə bizim kupedəki boş yerdə yatdı. Bizim kupedəki ər və mən yuxarı qatda yanaşı yatdıq, onun arvadı mənim alt qatımda, “xolostoy” isə - onun əri yox idi - ərin alt qatında yatdı. Bu hesabla indi mənim “altımda” sevişənlər bizim ər-arvaddır, deməli, indi mənimlə yanaşı qat boş olmalıdır. Gözümün birini azcana açıb ehmal-ehmal yanaşı qata baxdım: yox, bizim ər yerində idi, özü də div kimi yatmışdı. Əstafürullah! İşə düşmədik? Bəs indi onun arvadını üç öpüb, bir dişləyən kişi kimdir və bu necə ərdir ki, düşüb onu təpikləməyi cəhənnəm, heç olmasa, yuxarıdan əlini uzadıb arvadının üstündəki kişinin qalxıb-enən çılpaq yanbızına bir şapalaq çəkmir ki, ay qurumsaq, heç yeridi? Elə yatıb, elə bil, aşağada inləyən arvadı yox, vağzal fahişəsidir. Sonra yenə gözucu o biri arvadın, əri olmayanın yerinə baxdım; o da yuxarıdakı “gözüylə görmüş” sayaq daş kimi yatırdı. Nə inilti, qulağının dibində Sultan Mehmetin topunu atsaydın oyanmazdı.
Bəs bu arvadı gecənin bu vaxtı, nənəm demiş, çalxalayan kişi kimdir? Aha! Bəlkə, qonşu kupedəki kişi öz arvadını yuxuya verib bizim kupeyə arvadbazlığa gəlib? Aman Allah, nə ədəbsiz ailəyə urcah olmuşam. Bəlkə, bu tayfanın belə bir adəti var: yəni kim kimin arvadı ilə harda, nə vaxt, necə gəldi yata bilər? Az olubmu dünyada belə xalqlar, tayfalar? Hətta bəşər tarixinin böyük bir hissəsində insanların həyat tərzi belə olub: hamı hamınındır! Ancaq hər halda, bir gecə dözmək olmazdımı? Mən cəhənnəm, qonşu kupelərdə uşaqlar, başqa adamlar var axı. Ay qurumsaq, kimdi bu arvadı sənin əlindən alan?
Bəlkə, heç kişidə günah yoxdu, arvad özü ona günbatandan him-cim eləyib ki, gecə durma gəl, “qostronom” açıq olacaq. Necə deyərlər, düyə göz eləməsə...
Bunlar Romeo və Cülyetta da deyillər ki, valideynləri görüşməyə imkan vermədiyi üçün əllərinə düşən hər fürsətdə yalaşsınlar. Bunların indi Romeo və Cülyetta yaşda övladları var.
Bəlkə, mən düz başa düşməmişəm, bəlkə, iniltisi qatarı başına götürmüş arvad heç mənimlə yanaşı qatda xorulduyan “peysərin” arvadı deyilmiş, qonşu kupedəki kişinin məktəb illərindəki sevgilisi imiş. İndi təsadüfən qatarda rastlaşıblar və uzun illərin həsrətinin kamını alırlar bir-birilərindən. Lap tutalım belədir; sevgi əxlaqsızlığa haqq qazandırmır axı. Ona qalsa, mən bir gün metroda doqquzda oxuyarkən sevdiyim qızı görsəm nə etməliyəm – düzdür, indi o dörd-beş uşaq doğmuş zənən xeylağıdır – vurhay şalvarı aşağa çəkib şığımalıyam üstünə? Belə ədəbsiz vüsalaqovuşma harada yazılıb?
Vüsala ki qovuşanda aşağası bir həftə zırıldayıb burnunun suyunu axıtmadınsa, ağı deyib bütün tanış-bilişin yediyini-içdiyini zəqqum eləmədinsa, ölüm olsun elə vüsala. Vüsaldan gərək külfət qoxusu gəlməsin. Atüstü, ayaqüstü vüsaldansa, ağır oturub batman gələn ayrılıq əfzəldi. Özü də həmişə vüsalda bir əhlikeflik, tənbəllik xassəsi olub, mən hələ indiyənəcən hadisə yerinə vaxtınada gəlib çıxan vüsala rast gəlməmişəm.
Vüsal o vaxt gəlib çıxır ki, artıq ayrılıq qocalıb əldən düşür, ölüm ayağında olur. Dünyada bu cür vüsallar itinətökdür. Vüsal ayrılığın nökəri, sevginin ağasıdır. O, həmişə gecikməyi ilə sevgini pərt edir. Yoxsa vüsala qovuşmaqdan ötrü qatar demə, avtobus, metro demə, gözünə sataşan kimi şığı zənənin üstünə ki, nə var, nə var, məktəb illərində səni sevmişəm, ver qabaqda bir yerdə saxla...
Nəsə, mən üst qatda bu düşüncələrdəykən arvadın iniltisi kəsdi. Ancaq kişi sırtıqlığına salıb çıxıb getmədi, eləcə ya arvadın üstündə, ya da böyründə tirlənib qaldı.
Səhər qatar Bakı vağzalına çatanda özüm qəsdən hamıdan gec “oyandım” ki, yol yoldaşlarım üzüsulu geyinib-keçinsinlər. Vağzala enəndə yol boyu kupedə mənimlə yanaşı üst qatda yatmış kişi yaxınlaşıb sıxıla-sıxıla qolumdan tutdu və dedi:
- Bağışla, qardaş, bizim arvad astmadır, bir az bürkü olan kimi boğulub zarımağa başlayır. Gecə səni də narahat etdik, sən Allah, bizi bağışla.

4764 dəfə oxunub