“Şekspir” Bakı səhnəsində

“Şekspir”  Bakı səhnəsində
6 may 2026
# 16:32

Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib.

Daha sonra qonaqlar tamaşanı izləyiblər.

Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar.

Rejissor Mərahim Fərzəlibəyov “Şekspir” əsəri vasitəsilə Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edib.

Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.

Tamaşada obrazları Əməkdar artist Sara Bernar, aktyorlar İlqar Musayev, Ülviyyə Rza, Hüsniyyə Mürvətova, Rəşad Kəsəmənli, Zülfiyyə Qurbanova, Tural Əhməd, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov, Namiq Cavadov ifa edib.

Qeyd edək ki, “Şekspir” pyesi dünyanın bir çox ölkələrində səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb.

# 617 dəfə oxunub

Oxşar xəbərlər

"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər