"Mərhəmət - insanlara pislik edənləri cəzalandırmaqdır..." - Robespyerin məşhur nitqlərindən sitatlar

"Mərhəmət - insanlara pislik edənləri cəzalandırmaqdır..." - Robespyerin məşhur nitqlərindən sitatlar
6 may 2026
# 12:30

Bu gün tanınmış fransız siyasətçi, nüfuzedici natiq Maksimillian Robespyerin doğum günüdüre.

Kulis.az onun məşhur çıxışlarından sitatları təqdim edir.

Xainlərə qarşı göstərilən yumşaqlıq hamımızı məhv edəcək. Onların göy üzündən (dindən) bəhs etmələri, yer üzünü istismar etmək üçündür.

***
Məqsədimiz nədir? Bərabərlik və azadlıqdan sülh içində faydalanmaqdır. Bir çox xalqın içində yaşayarkən məruz qaldıqları əziyyətləri necə inkar edə bilərik? Konstitusiyalı hökumətin məqsədi Cümhuriyyəti qorumaqdır; inqilabi hökumətin təməli budur. Azadlığın sirri insanların təhsilindədir, zülm və zorakılığın sirri isə xalqı təhsilsiz və cahil saxlamaqdadır.

***

Bir siyasətçinin ağlına gələ biləcək ən ölçüsüz düşüncə, bir xalqa öz qanunlarını və konstitusiyasını qəbul etdirmək üçün əlində silahla onun ölkəsinə girməyin kifayət edəcəyinə inanmaqdır. Heç kim "silahlı missionerləri" sevməz; təbiətin və sağlam düşüncənin verəcəyi ilk reaksiya, bu şəxsləri düşmən kimi geri püskürtmək olacaqdır.

(Yakobinçilər Klubundakı ilk çıxışından - 2 yanvar 1789)

***

Yəhudilər haqqında həddindən artıq şişirdilmiş və çox vaxt tarixə zidd şeylər danışılır. Bir çox xalqın içində yaşayarkən qurbanı olduqları əziyyətləri necə inkar edə bilərik? Əksinə, biz onlara heç bir bəşəri gücün məhrum edə bilməyəcəyi, zaman keçsə də, qüvvədən düşməyən insan haqlarını geri verərək milli günahlarımızın kəffarəsini ödəməliyik. Onların üzərinə hələ də pisliklər, qərəzlər, məzhəbçilik ruhu və şişirdilmiş ittihamlar yükləməyə davam edirik. Amma bizim öz ədalətsizliklərimiz olmasaydı, onlara yükləyəcək nəyimiz qalardı? Onları bütün rütbələrdən, hətta ümumi hörmət hüququndan belə məhrum etdikdən sonra, onlara qazanclı spekulyasiya obyektlərindən başqa bir şey saxlamadıq. Onlara xoşbəxtliyi qaytarın; insanlıq və vətəndaşlıq ləyaqətini bərpa edərək onlara vətəni və fəziləti geri verin. Anlamalıyıq ki, aramızda yaşayan böyük bir insan topluluğunu alçaltmaq və boyunduruq altında saxlamaq əsla dövlət siyasəti ola bilməz.

(Müəssislər Məclisində yəhudilərin səsvermə hüququ barəsində çıxışından - 23 dekabr 1789)

***
Qanun, onlar üçün hazırlandığı insanların böyük əksəriyyəti onun yaradılmasında iştirak edə bilmirsə, həqiqətənmi ümumi iradənin ifadəsi ola bilər? Xeyr.

(Müəssislər Məclisindəki 25 yanvar 1790 tarixli çıxışından)

***

Müstəmləkələrinizin qorunması böyük bir maraqdır; lakin bu maraq Konstitusiyanıza görə nisbidir. Millətin və eyni zamanda müstəmləkələrin ali marağı sizin azadlığınızı qorumağınızdır və bu azadlığın təməllərini öz əllərinizlə baltalamamağınızdır. Elə deyilmi? Əgər onları azadlığınızı itirmək bahasına əlinizdə saxlayırsınızsa, qoy müstəmləkələriniz məhv olub getsin (çürüsün). Bəli, müstəmləkələri itirməklə xoşbəxtliyinizi, şərəfinizi və azadlığınızı qurban vermək arasında seçim etmək lazımdırsa, təkrar edirəm: qoy müstəmləkələriniz məhv olsun!

(Müəssislər Məclisində rəngli insanların haqları haqqında çıxışından - 13 may 1791)

***

Xüsusilə azadlıq düşmənləri üçün sızlayan "həssaslıq" məni şübhələndirir.
Vətəndaşlar, siz inqilabsız bir inqilabmı istəyirdiniz?

(Milli Konventdə Jan-Batist Luvetə cavabından - 5 noyabr 1792)

***

Məqsədimiz nədir? Bərabərlik və azadlıqdan sülh içində faydalanmaqdır. Qanunların daşlar və mərmərlər üzərində deyil, bütün insanların – hətta bu qanunları unudan kölə və inkar edən müstəbid də daxil olmaqla – qəlbində yazılmış sonsuz ədalətin hökmranlığıdır.

Elə bir sistem istəyirik ki, bütün rəzil və amansız ehtiraslar zəncirlənsin; bütün alicənab və xeyirxah duyğular qanunlarla dəstəklənsin. Əsas ehtiras vətənə xidmət etmək və şərəfə layiq olmaq arzusu olsun. Vətən hər bir fərdin rifahını təmin etsin və hər bir fərd qürurla vətənin şöhrətindən və rifahından faydalansın. Hər kəs respublikaçı ruhun birliyi içində və böyük bir xalqın təqdirinə layiq olaraq böyüsün. Hər cür sənət, yalnız bir neçə evin qorxunc lüksünün deyil, azadlıqla nəcibləşən ictimai zənginliyin mənbəyi olsun… Mərhəmət -

insanlara pislik edənləri cəzalandırmaqdır; barbarlıq isə həmin şəxsləri bağışlamaqdır…

Onları sınamaq istəyirsinizmi? Andlar və bəlağətli nitqlər əvəzinə real xidmətlər tələb edin! Hərəkətə keçmək lazımdırsa, bəzəkli nitqlər söyləyirlər. Problemləri müzakirə etmək lazımdırsa, dərhal hərəkətə keçmək istəyirlər.

Zaman əlverişlidirmi? Hər cür faydalı dəyişikliyə qarşı çıxırlar. Zaman fırtınalıdırmı? Hər şeyi kökündən sarsıtmaq üçün hər sahədə islahatdan dəm vururlar. Zadəganları intizama dəvət etmək istəyirsiniz? Sezarın necə mərhəmətli olduğundan danışarlar. Vətənpərvərləri təqib və işgəncədən qurtarmaq istəyirsiniz? Sizə Brutun sərtliyini nümunə göstərərlər... Sülh faydalıdırmı? Sizə zəfər palma budaqlarını uzadarlar. Müharibə qaçılmazdırmı? Sülhün şirinliyini tərifləyərlər. Vətəni müdafiə etmək lazımdırmı? Müstəbidləri cəzalandırmaq üçün dənizlərin və dağların o tayına getmək istəyirlər… Respublika hökumətinin səylərinə kömək etmək üçün "parlaq" bir yol tapıblar: bu, hökuməti nüfuzdan salmaq, parçalamaq və uğurlarımıza kömək edən bütün vətənpərvərlərlə savaşmaq yoludur…

Mülkiyyətin tətbiqində ən böyük azadlığı təmin edəcək maddələri artırdıqca artırdınız. Amma bu mülkiyyətin qanuni mahiyyətini müəyyən edəcək tək bir söz belə demədiniz. Elə görünür ki, bəyannaməniz insanlar üçün deyil; zənginlər, soyğunçular, birja dəllalları və müstəbidlər üçün hazırlanıb.


(24 aprel 1793 tarixli Konvent Məclisindəki çıxışından)

# 85 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

13:00 6 may 2026
Keti Perri Bakıya gəlir - Möhtəşəm şounun tarixi açıqlandı

Keti Perri Bakıya gəlir - Möhtəşəm şounun tarixi açıqlandı

12:40 6 may 2026
Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

11:30 6 may 2026
“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

11:27 6 may 2026
Namaz qılarkən güllələnən axund - Bakıdakı ilk qız məktəbinin qanlı tarixçəsi

Namaz qılarkən güllələnən axund - Bakıdakı ilk qız məktəbinin qanlı tarixçəsi

10:47 6 may 2026
Skelet təsvirli, kiber-zireh görünüşlü, kino lentindən hazırlanmış libasların ehtişamı... - Modanın "Oskar"ı sayılan "Met Qala 2026" nələrlə yadda qaldı?

Skelet təsvirli, kiber-zireh görünüşlü, kino lentindən hazırlanmış libasların ehtişamı... - Modanın "Oskar"ı sayılan "Met Qala 2026" nələrlə yadda qaldı?

10:45 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər