Füzulidən Əliağa Vahidə Kərbəla şeirləri

Füzulidən Əliağa Vahidə Kərbəla şeirləri
14 noyabr 2013
# 08:30

14 əsr bundan əvvəl baş vermiş Kərbəla hadisəsi zaman-zaman dini-siyasi mahiyyəti ilə yanaşı bədii mahiyyət də qazanmışdır. Bu hadisə böyük xalqların həyat tərzinə daxil olmuş, peyğəmbər nəvəsinin və onun ailəsinin qeyri-bərabər döyüşdə öldürülməsi təkcə quru bir mərasim kimi deyil, teatrallaşaraq, ədəbiyyatda geniş miqyasda işlənərək, özünün bədii obrazlar sistemi yaratmış, dastanlaşmışdır. Poeziyada mərsiyə, növhə kimi şeir növləri meydana gəlmişdir.

Bu faciə əlbəttə bizim qələm adamlarının da nəzərlərindən yan keçməmiş, Məhəmməd Füzulidən Əliağa Vahidə neçə-neçə şairlərimiz bu mövzuda əsərlər yazmışlar.

Kulis.Az Azərbaycan şairlərinin Kərbəla hadisələrinə həsr olunmuş şeirlərindən seçmələri təqdim edir.

Məhəmməd Füzuli

Ya şahi-Kərbəla, nə rəva bunca qəm sənə,
Dərdü dəmadəmü ələmi-dəmbədəm sənə.

Şah İsmayıl Xətai

Bu gün matəm günü gəldi, Hüsеynim vay, Hüsеynim vay,
Sənin dərdin bağrım dərdi, Hüsеynim vay, Hüsеynim vay.

Abbasqulu Ağa Bakıxanov

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,

Verirəm çünki əmanət sənə gülpeykərimi.

Xurşudbanu Natəvan

Söylə Hüseynə, ey səba, Kərbübəlayə gəlməsün,

Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,

Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.

Bəlkə Firənkətək apar cümleyi-ali-heydəri,

Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.

Qasım Bəy Zakir

Aparım, anan sinə dağlasun, səni ölməmiş görüb, ağlasun,

Gözünü anan özü bağlasun, quru yerdə yatma, yaralısan.

***

Gərək ağlasın gözü Zakirin, düşə dillərə sözü Zakirin,

Bu sözü deyir özü Zakirin, quru yerdə yatma, yaralısan.

Seyid Əzim Şirvani

Qasimim, zülfü xəmim, üzdə hüveyda görünür,

Nə əcəbdir ki, gül üzrə, şəbi yelda görünür.

***

Seyyida, riştəyə çəkdin yenə yüz dərdi ədəm,

Sənə məhşərdə şəfaət eləsin İbni Həsən.

Mərhəbalər sənə, ey şairi ecazi süxən,

Səndə feyzi nəzəri, həzrəti mola görünür.

***

Şadəm ki, ilahi, tökülə qanı Hüseynin,

Ta razı ola eşqdə cananı Hüseynin.

***

Fazil gətirib rəsmi-əzanı bu diyarə,

Çünki bu müsibətdə dəyib qəlbinə yarə.

Məhşərdə, xudaya, kərəm et Seyyidi-zarə,

Sidq ilə olub çünki əzaxanı Hüseynin.

Mirzə Ələkbər Sabir

Sabira, nohəni tul etməgilən, eylə təmam.

Zeynəbin ah-naləsi çün, məndə oyatdi ilham.

Kim, əsiranələrdə etsə müsibət bu zəman,

Alacaq əcrini onlar hamısı ta bu gecə.

***

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,

Gördi zülfü tökülüb, çün şəbi yelda üzünə.

***

Sabira, hər il, əza, saxla Əli Əkbərə sən,

Kərbəladə gedib ağla, o şəhi-davərə sən.

Gər qiyamətdə bu cəm, ilə səfi məhşərə sən,

Qalma həsrət iki dünyadə bu möla üzünə.

Məhəmmədəmin Dilsuz

Dilsuz, gəl eylə ahü əfğan,

Doldurdu cəhanı cürmü üsyan,

Qeyr əz bu əzadə ağlamaqdan,

Bu dərdə bir özgə çarə olmaz.

Əliağa Vahid

Şümri-dun ilə Hüseyn eşqin düşüb sevdasına,

Rey həvasına biri, birsi bəla səhrasına.

***

Kəbeyi-kuyin əgər olsaydı qismət Vahidə,

Cümleyi-huzzar ilən ol pak türbət Vahidə,

Ruzi-məhşərdə fəramuş etmə rəhmət Vahidə,

Canını etdi fəda bu ümmətin xülyasına.

# 22944 dəfə oxunub

Oxşar xəbərlər

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər