Elnarə Akimova: "Onun fikri ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır"

Elnarə Akimova: "Onun fikri ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır"
22 may 2026
# 15:35

“Xalq yazıçısı Kamal Abdullanın səsləndirdiyi bu fikrə emosional deyil, mahiyyət etibarilə yanaşmaq lazımdır. Kamal Abdulla Azərbaycanın böyük alimidir, illərdir elmə, təhsilə, ədəbiyyata xidmət edən ziyalı şəxsiyyətdir. Onun bu fikri Azərbaycan qadınını aşağılamaq, qadının cəmiyyətdəki rolunu kiçiltmək mənasında deyilməyib. Əksinə, müasir dövrdə sürətlə aşınan ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır”.

Kulis.az xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın səsləndirdiyi “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” fikrinə münasibət bildirərkən deyib.

E. Akimova qeyd edib ki, bu gün valideyn nəzarətindən və diqqətindən uzaq böyüyən uşaqların sayı artır və bir çox uşaqlar faktiki olaraq təkbaşına böyüyür: “Təkbaşına böyüyən uşaqlar sosiallaşmaqda çətinlik çəkir, yanlış mühitlərin, mənfi təsirlərin hədəfinə çevrilirlər. Ailə daxilində ünsiyyətin azalması, valideynlə övlad arasında mənəvi bağların zəifləməsi artıq cəmiyyət üçün ciddi problemə çevrilib. Bu baxımdan anaların övlad tərbiyəsində rolunun xüsusi vurğulanması təbii qarşılanmalıdır”.

Deputatın sözlərinə görə, bu gün həyat şərtləri elədir ki, bir çox ailədə kişilər ailənin bütün yükünü təkbaşına daşımaq imkanında olmur: “Reallığın digər tərəfi də var. Qadınlar işləyərək həm özlərini reallaşdırır, həm də ailənin maddi yükünə dəstək verirlər. Azərbaycan qadını bu gün həm ana, həm çalışan qadın, həm də ailənin dayağı rolunu eyni vaxtda daşıyır. Ona görə məsələni “qadın işləməsin” kimi sərt çərçivədə təqdim etmək doğru olmaz. Düşünürəm ki, burada əsas mesaj ailə institutunun qorunması, uşaqların diqqət və qayğı içində böyüməsinin vacibliyidir. Çünki sağlam cəmiyyətin təməli məhz sağlam ailədən başlayır”.

Pravda.az

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər