Mütaliəni, yazmağı və siqareti ondan öyrəndim - ESSE
5 avqust 2011
12:29
On il əvvəl avqustun 4-ü də yayın isti günlərindən biri idi. Birinci kursu bitirib yay tətilinə çıxmışdım. Daşyonan atama kömək edirdim. İstidə işləmək adamı əldən salırdı. Bəzən istiyə tab gətirə bilməyəndə ətrafda kölgələnməyə bir kol belə olmadığı üçün köhnə maşının altına dürtürdük özümüzü.
Bir gün əvvəl də bərk isti olmuşdu. Və şəhərə iş dalınca gələn əmim özünü pis hiss eləmiş, təkidlərimizə baxmayaraq, xəstəhal vəziyyətdə kəndə dönmüşdü.
Qapıdakı hüzn
Günortadan sonra istidən əldən düşüb evə qayıdanda anam dedi ki, kənddən xəbər yollayıblar. Dünən yola saldığımız əmim ölüm yatağındadır.
Atam həmən gün təsadüfən bizə qonaq gəlmiş qohumumuzdan borc alıb anamla kəndə getdi. Səhər obaşdan kənddən evə zəng gəldi. Əmim keçinmişdi. 41 yaşı vardı.
Bütün yolu havalı kimi gəlmişdim kəndə. Həyətə girəndə hamının üzündə eyni havalı ifadəni gördüm; sonsuz kədər, məyusluq, ağlamaqdan qan qoymuş gözlər, qadınların bitmək bilməyən ah-nalələri, qapı ağzında cərgəyə dayanmış, həmişə özlərini məğrur göstərməyə çalışan kişilərin başıağaşı, yazıq duruşları.
Şeirlərini siqaret qutusuna yazardı
Əmim təpədən-dırnağacan incəsənət adamı idi. Tarzən idi. Amma onun istedadı təkcə musiqi ilə yekunlaşmırdı. Bir neçə yerə şaxələnmişdi. Bəlkə, buna görə də o nə musiqi, nə də şairlikdə parlaya bilməmişdi. Ya da bitib tükənməyən ailə qayğıları ona mane olmuşdu.
O, mayası poeziyadan yoğrulmuş əsl şairlər kimi təbi gələndə şeirlərini siqaret qutusuna da, sement kağızı parçasına da, kibrit qutusuna da yazırdı. Siqaret qutusuna yazdığı şeirlər, əsasən, yoldaşına ünvanlanardı.
Gəncliyində musiqiyə hədsiz həvəsi olmasına baxmayaraq, əmimdə tarzənlik hobbi olaraq qalmışdı. Həyat şərtləri ona professional musiqiçi olmağa imkan verməmişdi.
Bəzən musiqiçi yoldaşları Orta Asiya və Rusiya şəhərlərinə qastrol səfərlərinə getsə də, çörəyini daşdan çıxaranlardan idi. Daşyonan idi.
Aşığı rüsvayçılıqdan xilas etdi
Kiçik ixtiraları ilə hər kəsi təəccübləndirməyi bacarırdı. Kombinin nə olduğu bilinmədiyi zamanlarda evdə istilik sistemi qurmuşdu. Kənd evinin kerosin, odun sobasıyla deyil, su ilə qızdırılması möcüzə sayılırdı.
Tarı isə kənddə dost-aşnanın məclislərində çalardı. Bir də darıxanda.
Ortancıl əmimin toyuna şəhərdən aşıq gətirirlər. Xəbər tutanlar toya axışır. O dövrdə alətlər üçün balaca, xüsusi mikrofonlar olmadığına görə sazın səsi yavaş çıxır və gözlənilən effekti vermir. Birdən bayaqdan yoxa çıxmış əmim əlində məftil və bir qurğu peyda olur və onu saza bərkidir. Elə bu dəm aşığın səsi gurlayan şəlalə kimi ətrafa yayılır. Bir azdan toyxanada adam əlindən tərpənmək olmur. Hamı aşığı alqışlayır. Amma heç kəs bu imkanı təşkil edən adamı düşünmür.
Sevginin ömrü nə qədərmiş...
Yayğın bir fikrə görə, sevgi nikah masasına qədərdir. Evlilikdən sonra sevgi itir, onu qarşılıqlı hörmət, möhkəm ailə bağları əvəz edir. Bunun elmi izahı da varmış: insan orqanizmində olan sevgi hormonu getdikcə öz şiddətli ifrazını azaldır və alovlu məhəbbət təqribən üç ilə tamamilə sönüküb yox olur. Frederik Beqbederin bu barədə “Üç il yaşayan eşq” adlı romanı da var.
Əmim istisna təşkil edirdi. Onun eşqi heç zaman bitmədi. Qəfil ölüm onu ağuşuna alan günə qədər arvadını sevdi. Onun daima qonaq-qaralı kənd evimizdə qəfildən arvadına eşq izhar eləməsi, onu əzizləyici ifadələrlə çağırması, bəlkə, çoxları tərəfindən zarafat, kinayə kimi başa düşülə bilərdi. Amma o bunu heç bir ironiyasız, zarafatsız, tamamilə içdən söyləyirdi. O bunu eşqinin çiçəyi burnundaykən də edirdi, iki oğlu dünyaya gələndən sonra.
Mən heç bir kişinin arvadına olan sevgisini açıqca etiraf etməsini görməmişdim. Qəbul olunan əxlaqa görə, kişi üçün sevgisinin dilə gətirilməsi yolverilməz sayılır. Amma eşqin gözündə bütün qanunlar bir heçdir.
Ona hədiyyə edilmiş çini boşqabın üzərində “bir tar, bir də sevgili yar qoy mənim olsun” təsadüfən yazılmamışdı. Bəzən Bakıya qonaq getmiş xanımı üçün darıxanda isə ya sədəfli tarını sinəsinə sıxar, ya da elə siqaret qutusunun üzərinə sevgi şeirləri yazardı. Ondan qalan yadigarların içindədir üstüyazılı siqaret qutuları.
Sevdiyinə qovuşmaq üçün yandırdı
Əmim gələcək həyat yoldaşını mədəniyyət mərkəzinin ansamblında görübmüş. Məktəbli qızcığaz ansamblda mahnı oxuyur, nişanlı əmim tar çalırmış. Nişanı isə qaytarmaq mümkün deyilmiş. Babam razı olmazmış. Bu ailəmizin hörmətinə xələl gətirərdi.
Onda əmim hiyləyə əl atır. Gizlicə nişanlısının həyətlərindəki ot tayasını odlayır. Kənd camaatı yanğını zorla söndürür. Bundan sonra sabiq qaytana dələduz yeznəsindən könüllü imtina edir. Nişanının qaytarılmasına sevinən əmim, nəhayət ki, ansamblda oxuyan sevgilisinə qovuşur.
Oxumağı ondan öyrəndim
Onun otağında çarpayının üstündə divardan asılı gecə lampası vardı. Axşamlar yatmamışdan qabaq kitab oxuyardı. Oxu dairəsi hədsiz geniş olan əmim hər dəfə iş üçün Bakıya gələndə özü ilə bir neçə kitab, jurnallar alıb aparardı.
Əksəriyyəti rusca olan bu kitab-jurnallar tarixdən tutmuş, cinsi həyata qədər bütün sahələri əhatə edərdi. O, mütaliə etməyi çox sevərdi. Qəribə idi, kənddə yaşayan bir adama bu qədər kitabı oxumaq nəyinə gərək idi?
Bir dəfə otağında işığın yandığını görüb yanına gəldim. Yenə yatmamışdan qabaq kitab oxuyurdu, kitablarının arasında bir neçə seks jurnalı da vardı. Təbii, cinsiliyi yeni-yeni hiss etməyə başlayan biri kimi bunu görəndə qımışdım. O da marağımı görüb jurnalı mənə verdi. “Oxu” deməyi də unutmadı.
Jurnaldakı şəkillərə baxmaqla bərabər, bir neçə məqaləni də oxudum. İlk dəfə bir seks jurnalında Ceyms Coysun adını duydum. Coysun arvadı Noraya olan erotik məktublarından və bir də onun alt paltarları fetişi olmasından xəbər tutdum.
Boğuq səsli adam
Novruz tətili vaxtı kənddə bir nəfərin dəfn mərasimindəydik. Dəfndən sonra kəndin mollası ictimai məsələlərlə bağlı təklif söylədikdə camaatın içindən kimsə səsboğanı deşik maşınlar kimi boğuq səslə mollanın fikirlərini təsdiqlədi. Bu adam kəndimizin boşboğazlarından idi.
Bu zaman yanımda dayanmış əmim eşidə biləcəyim tərzdə astadan dedi:
“Olmasaydı cahanda axmaqlar,
Yəqin ki, ac qalardı yaltaqlar”.
Onda dəqiqəyə yazdı şeiri
Həmin Novruz bayramında bütün ailəmiz kənddəydik. Bütün övladları, nəvələri qəhərman ana olan nənəmin ocağına yığışmışdılar. Bizim böyük ailəmizdə bir-birindən incik olanlar da vardı, yeni doğulmuş nəvələr də. Hətta Rusiyada doğulmuş, indi üzünü birinci dəfə gördüyümüz bir əmim oğlu da.
Məclisin qızğın yerində əmim masa arxasından durub həyətdəki aşxanaya getdi. Mən onun dalınca aşxanaya girəndə stolda əyləşib şeir yazırdı. Hazır olandan sonra ucadan oxuduğum şeirdə əmim son vaxtlar böyük ailəmizdə baş vermiş bütün əlamətdar hadisələri satirik tərzdə dilə gətirmişdi.
Yazmağımın on ili oldu
Ondan çox şeyi öyrəndim.
Oxumağı, kitaba olan hədsiz sevgini.
Qadına olan sevgini.
Bir qadını sevməyi.
İyirmi yaşındakı ehtirasla otuz yaşında da sevməyi, qırx yaşında da sevməyi.
Bu gün onun vəfatının on ili tamam olur.
Təkcə onun vəfatının on ili deyil.
Həm də siqaret çəkməyə başlamağımın on ili.
Həm də yazmağa başlamağımın on ili.
İlk siqareti oğlu təklif etdi mənə. İlk qullab bütün bədənimi dondurdu. Səhərdən bəri təskinlik tapmayan qəlbimə dinclik gətirdi. O gündən başladım siqaretə.
Bununla fəxr etmirəm. Amma fəxr ediləsi başqa şey var.
Bilmirəm, bunu nə cür adlandırmaq olar. Elmi dildə buna enerjinin saxlanma qanunu deyilir. Enerji itmir, yalnız bir haldan başqa bir hala keçir. Yad dini nöqteyi-nəzərdən, ruhun bir bədəndən başqa bir bədənə keçməsi də adlandırmaq olar.
Düşüncəmə hansı don geyindirilməsindən asılı olmayaraq, mənə elə gəlir ki, onun ölməyi ilə yazmaq qabiliyyəti itmədi. O mənə keçdi. Bəlkə, bu cür düşünmək qəddarlıqdır. Bəlkə də şüurumun uydurmasıdır. Fakt isə ondadır ki, uzun müddət yazmaq istədiyim, lakin nə cür yazmağı, nədən başlamağı bilmədiyim halda o öləndən sonra anidən yazmağa başladım. Və o gün bu gündür on ildir ki, yazıram.

1335 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024