Qadının qoxusu

Qadının qoxusu
12 oktyabr 2012
# 14:22

Bütün sevdapərəstlər həmrəydirlər : gecələr zərrəbindi – darıxmağı böyüdür, bıçaqdı – yaranı qanadır, zalımdı - əzabdan ləzzət alır. Əzab əzabdı, ona gedən yollar fərqlidir. Kimi hərfsiz-sözsüz danışmağı bacaran xumar gözləri xatırlayır.

Kimi bütün varlığını titrədən, səni elektrik vurmuşa döndərən əllərin təması üçün dəliyə dönür.

Kimi bir-birinə nəfəslik olan, bir-biriylə dada gələn dodaqların qovuşmasına həsrət çəkir.

Kimi də saçlarında, əllərində, dodaqlarında, boynunda, sinəsində gizlənən, yalnız sevgili öpüşlərlə aşkara çıxan, sevgilidən başqa kimsənin duymadığı, uğruna qatil - Jan Batist Qrenuy olmağa sevə-sevə gedə biləcəyin qadının əsrarəngiz qoxusu üçün iztiraba qul olur.

Heç bir ətir dükanında o sirli-sehirli qoxunu tapa bilməzsiniz, axtarmayın. Min dəfə qəhvə qoxlayın, sonra da təzədən axtarın, nəticə həmişə sıfır olacaq.

O qoxunu hiss edə bilmək üçün, gözün gördüklərinə məhəl qoymamalısan, könlünün gözüylə baxmalısan, yarasa olmalısan, kor olmalısan, sevməlisən.

Nədir ki, gözün gördükləri? Zahiri, ötəri, fani şeylər. Gözlərinin rəngini bilmədiyin üçünmü inciyir səndən, çəkisinin nə qədər olduğunu yadda saxlamadığın üçünmü, qan qrupunu niyə əzbər bilmədiyin üçünmü küsür, yoxsa doğum gününü unutduğun üçünmü? Bunlarınkı hamısı şəxsiyyət vəsiqəsində yazılır...

Bəs yalnız sənin hiss etdiyin, haqqında yalnız sənin danışa biləcəyin, gözlərin görməsə belə, min qoxu arasından ayırd edə biləcəyin qoxusu necə ? O hardadı, o haqda harda yazılıb, o qoxu barədə hardan oxumaq, öyrənmək olar ?

... Kim bilir, bəlkə də dünyada ən gözəl sevgi etirafı belədir : Sənin üçün burnumun ucu göynəyir.

# 4110 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #