Müharibə təkcə binaları deyil, kitabxanaları, nəşriyyatları və insanların biliklərə çıxışını da dağıdır.
Kulis.az xəbər verir ki, Britaniyanın “Book Aid International” təşkilatı Ukraynaya 35 min kitab göndərməyi planlaşdırır.
Qərar Rusiya hücumları nəticəsində nəşriyyatların, çap müəssisələrinin və kitabxanaların zərər görməsi fonunda qəbul edilib. Təşəbbüsün məqsədi oxucuların kitaba çıxışını bərpa etmək və müharibənin mədəni həyata vurduğu zərəri azaltmaqdır.