“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu
17 iyun 2026
# 12:49

Bakı Bələdiyyə Teatrında Cullio Skarnaççi və Renzo Tarabuzzinin əsəri əsasında səhnələşdirilən “Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, premyera Xalq artisti, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın anadan olmasının 81-ci ildönümünə həsr olunub.

İtaliya komediyası - “Mənim peşəm-cəmiyyətin sinyoru” əsasında dramaturqlar - Cullio Skarnaççi və Renzo Tarabuzzinin yazdığı pyesə teatr və kino rejissoru Cavid İmamverdiyev quruluş verib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirilən premyerada Milli Məclisin deputatları, tanınmış incəsənət xadimləri, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsər, yaşamaq üçün insanların zəif cəhətindən ustalıqla istifadə etməyi bacaran təşəbbüskar bir fırıldaqçı haqqında parlaq bir hekayədir.

Baş qəhrəman Leonido Papagatto orta yaşlı, gözəl görünüşlü, incə maneraları olan bir kişidir. O, özünü “nüfuzlu cəmiyyət sinfindən olan sinyor" kimi qələmə verərək toy məclislərində, dəfn mərasimlərində və digər tədbirlərdə fəxri qonaq kimi iştirak edir, tostlar söyləyir və yüksək qonorаrlar toplayır. Öz böyük və səs-küylü ailəsini məhz bu şəkildə saxlayır. Günlərin birində varlı insanlardan ianə toplayaraq saxta xeyriyyə fondu yaradır. Baş qəhrəman getdikcə daha çox fırıldaqçılıq həddinə çatır və daim komik və absurd vəziyyətlərdən çıxmağa məcbur olur, onun ətrafında anlaşılmazlıqların girdabı yaranır. Əslində bütün bunları o, öz yaxınlarına qayğı göstərmək naminə edir.

Qeyd edək ki, “Mənim peşəm-cəmiyyətin sinyoru” komediyasına dünya səhnələrində dəfələrlə müraciət olunub. İlk dəfə Azərbaycan dilində məhz Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilib. Ədəbi tərcümənin müəllifi Cavid İmamverdiyevdir.

Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.

Tamaşada rolları Rəşad Kəsəmənli, Zülfiyyə Məmmədova, Zülfiyyə Qurbanova, Ülviyyə Rza, Aynur Abbasova, Elməddin Zakirli, İsmayıl Atakişiyev, Tural Əhməd və başqaları ifa edib.

# 748 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

13:40 11 iyul 2026
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

15:00 6 iyul 2026
“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
Çingiz Ələsgərli:  "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

12:00 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər