Dünyanın ən böyük idman hadisələrindən biri olan S"uper Bowl"un növbəti fasilə şousunda səhnəyə Cey-Z çıxacaq.
Kulis.az xəbər verir ki, Milli Futbol Liqası oktyabrın 26-da reperin 2027-ci il "Super Bowl LXI" tədbirinin musiqi proqramına başçılıq edəcəyini açıqlayıb.
Qarşılaşma fevralın 14-də Kaliforniyanın İnqlvud şəhərindəki "SoFi Stadium"da keçiriləcək.
Cey-Z müasir hip-hop tarixinin ən nüfuzlu sənətçilərindən biri olmaqla yanaşı, musiqi sənayesində prodüser və sahibkar kimi də fəaliyyət göstərir. Onun bu tədbirə rəhbərlik etməsi təsadüfi seçim deyil: reperin rəhbərlik etdiyi Roc Nation 2019-cu ildən NFL ilə əməkdaşlıq edir və "Super Bowl"un fasilə şoularının hazırlanmasında iştirak edir.
Bu əməkdaşlıq çərçivəsində indiyədək bir sıra məşhur musiqiçilər səhnəyə çıxıb. Cey-Z-nin proqramında hansı qonaqların iştirak edəcəyi və hansı mahnıları ifa edəcəyi hələ açıqlanmayıb.
Buna görə də sosial şəbəkələrdə onun mümkün duetləri barədə yaranan müzakirələr hələlik fanat ehtimallarından ibarətdir.