"Üstlərinə yeridi, hamısını söyüb-batırdı" - Qədir Rüstəmov "Sona bülbüllər"i kimə həsr etmişdi?

"Üstlərinə yeridi, hamısını söyüb-batırdı" - Qədir Rüstəmov "Sona bülbüllər"i kimə həsr etmişdi?
10 sentyabr 2025
# 09:00

Kulis.az İmran Verdiyevin "Sona bülbüllərin yaradılış hekayəsi" yazısını təqdim edir.


Söhbət Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli əfsanəvi müğənni Qədir Rüstəmovun “Sona bülbüllər”indən gedir. O, “Sona bülbüllər”dən ki, maestro Niyazi demişkən “ona qulaq asmağa bir ömür bəs etməz”.

Əfsanəvi müğənni Q.Rüstəmovun “Sona bülbüllər”ə ilk dəfə nə vaxt və hansı münasibətlə müraciət etməsi barədə xalq arasında və sosial şəbəkələrdə müxtəlif ehtimallar söylənilir. Əfsanəvi şəxslər haqqında bu cür ehtimalların meydana çıxmasını təbii hesab edərək birini də biz hörmətli oxucuların nəzərinizə çatdırmaq istəyirik.

1972-ci ildə Bakıdan Ağdama qayıdan Q.Rüstəmov 42 yaşında Fatimə xanımla ailə qurur. Əslində, bu, Qədirin ikinci evliliyi idi. Bu vaxta kimi onun həyatından bir sevgi keçmişdi.

Oğuz rayonunun Yaqublu kəndində yaşamış mərhum Kazımova Xeyransa Kərim qızı söyləyirdi ki, 1995-ci ildə Bakıda xəstəxanada müalicə olunanda yanımda Sona adlı yaşlı bir qadın qalır, müharibə dövründə əsgərlərimizə təndir çörəyi aparan və bu zaman düşmən atəşi ilə ağır yaralanan qızına qulluq edirdi. Dediyinə görə, o, Ağdamın Üçoğlan kəndindən idi. Sona arvad Q.Rüstəmovun birinci qayınanası olduğunu deyirdi. Deyirdi ki, Qədir məşhur “Sona bülbüllər”i ilk dəfə onun qızına aşiq olan vaxtlar oxuyub.

Rəhmətlik Xeyransa xanımın söylədiklərindən belə məlum olur ki, Qədir Rüstəmovun məşhur, ölməz və solmaz “Sona bülbüllər”i onun ilk eşqi ilə birlikdə meydana çıxıb.

"Mahnıda sevən aşiqin dərdi, kədəri o dərəcədə güclü çatdırılır ki, “Sona bülbüllər”i təklikdə dinləmək təhlükəlidir, adam intihar edə bilər”. (S.Səxavət).

O səs sanki səhrada tək-tənha dolaşıb nakam sevgisini sinəsinə basaraq, ilahi qüdrətlə danışırmış kimi əllərini göyə açıb ah-nalə edən aşiqin ürək yanğısını xatırladır. Bu mahnı “dilə gətirilə bilməyən və haqqında səssiz qalmağın imkansız olduğu musiqidir.

Bildiyiniz kimi, “Sona bülbüllər”in Qədirinin” ilk evliliyinin ömrü çox qısa olub. Güman ki, sonralar acı təəssüratlar doğurduğu üçün müğənni özü də bu ifasını “bəyənmirmiş”. “Kulis.az”da verilən “Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir” adlı yazıda qeyd edilir ki, “Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün də bu ifasından heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir. Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur”.

Dediyimiz kimi, bu bir ehtimaldır. Düzünü şahidlərin və Q.Rüstəmovu çox yaxından tanıyanların, onun həyatına ətraflı bələd olan şəxslərin söyləyəcəkləri tam olaraq təsdiq edə bilər.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər