Bakıda Qazaxıstan Mədəniyyət Günləri başlayır

Bakıda Qazaxıstan Mədəniyyət Günləri başlayır
19 noyabr 2012
# 12:31
Bu gün Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinə start verilir. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, keçən il Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çox yüksək səviyyədə baş tutub: “Hər iki ölkə arasında mədəni əlaqələr mövcuddur. Bununla yanaşı, turizm sahəsində əlaqələrimiz mövcuddur. Belə son 1 il ərzində Qazaxıstandan ölkəmizə gələnlərin sayı 10 min nəfər artıb”. Qazaxıstanla elektron kitab mübadiləsi sahəsində əməkdaşlığın artırılmasının labüd olduğunu deyən nazir həmkarına gələn ilin 29 may - 1 iyun tarixində Azərbaycanda II Beynəlxalq Mədəniyyət Forumu keçiriləcəyini xatırladıb. Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı, hər iki ölkənin mədəniyyət münasibətlərinin qədim köklərə söykəndiyini qeyd edib. Mınbay Darxan onu da vurğulayıb ki, Azərbaycan son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir ki və bu təqdirə layiqdir: “Hər iki ölkənin mədəniyyət infrastrukturunu dünya standartlarına cavab verməsi üçün bundan sonra da işləri davam etdirmək lazımdır”.

Qazaxıstan Mədəniyyət Günləri prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" proqramına əsasən həyata keçirilir.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək və teatrın foyesində fotosərgi təşkil olunacaq. Fotosərginin açılışı saat 18:30-da, təntənəli konsert isə saat 19:00-da başlanacaq.
# 2312 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər