Ədəbiyyatda yeni mübahisə başlayır: romanı insan yazmalıdır, yoxsa insanla maşının birgə işi də müəlliflik sayıla bilər?
Kulis.az xəbər verir ki, Fransada süni intellektlə birgə yazılmış ədəbi əsərlər üçün “Prix Pascal de Littérature IA” adlı yeni mükafat yaradılıb.
Müsabiqəyə fransız dilində, 10 min–50 min söz həcmində, hələ nəşr olunmamış bədii mətnlər qəbul edilir. Müəlliflər hansı süni intellekt modelindən istifadə etdiklərini və ona verdikləri təlimatları açıqlamalıdırlar.
Müsabiqənin diqqətçəkən şərtlərindən biri də əsərin aktual etik, sosial və ya ekoloji problemə toxunmasıdır. Qalibin dekabrın əvvəlində elan edilməsi, mükafatlandırılan mətnin isə nəşri nəzərdə tutulur.