APA-nın doğum günü

APA-nın doğum günü
16 noyabr 2012
# 10:15
APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi bülletenlər hazırlayır, foto və video xidməti göstərir. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqda razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.

Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var.

Azərbaycanda nəşr olunan və yayımlanan 150-dən çox kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları da APA-nın daimi abunəçisidir.

Agentliyin www.apa.az, www.apasport.az ünvanlı internet saytları fəaliyyət göstərir. Bundan başqa, APA-nın gündəlik xəbərlərini mobil telefon vasitəsilə wap.apa.az və m.apa.az ünvanından da oxumaq mümkündür.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir.

Agentlik Avropa Şurasında, Dövlət Departamentində, Rusiya XİN-də rəsmi qeydiyyatdan keçib.

APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən ABŞ-ın “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir.
# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

14:50 13 avqust 2026
15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz -  Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

12:00 13 avqust 2026
Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər