“Bacımla anam öldü, qardaşım isə məni dəmirlə döyürdü”
18 oktyabr 2012
07:00
Layihə-İnsan taleyi
Bu layihədə həyatın ağır üzünü görən insanlardan söhbət açılacaq.
“Atamın üzünü görməmişəm, mən doğulmamış dünyasını dəyişib. 6 yaşım olanda bacımı, 8 yaşım olanda anamı itirmişəm. Anamı itirəndən sonra ögey qardaşım mənə işgəncə verir, dəmirlə döyürdü”. Bunları 22 yaşlı V. Əliyev danışır. (Həmsöhbətimiz şəxsi məsələlərlə əlaqədar adının, şəklinin çəkilməsini istəmədi).
Bülbülə qəsəbəsində dünyaya göz açan V. Əliyev yetimçiliklə, küçələrdə böyüyüb.
Deyir ki, anası iki dəfə ərə gedib. Birinci ərindən 3 oğlan, 1 qız övladı dünyaya gəlib. İkinci dəfə isə V.Əliyevin atası ilə evlənib.
Onun sözlərinə görə, hər şey bacısının ölümü ilə başlayıb: “Yoldaşı içkili olub, bacımın başına butulka ilə vurub. Bacımın halı pisləşib, Maştağadakı 1 nömrəli xəstəxanaya yerləşdirilib. Anam orada işləyirdi, ancaq bacımın ora yerləşdirilməsindən xəbəri olmayıb. Sonradan eşidib ki, bacım aldığı zərbədən dünyasını dəyişib. Bacımın ölümündən sonra anam içməyə başladı. Bir müddət sonra evimiz yandı. Qohumlar elə bildi ki, anam içib, evi yandırıb. Amma belə deyildi. Biz evdəydik. Yanğın biz olan otaqdan yox, o biri otaqdan başladı. Tez çölə çıxdıq və gördük ki, kimsə evin çöl divarına benzin töküb, sonra da kibriti çəkib. Ancaq bunu kimin etdiyini bilmədik. Bu hadisədən sonra qohumlar anamla düşmən oldular. Dedilər içib, evə od vurub”.
V.Əliyev anasının ölümünü belə xatırlayır: “Anamın ad günü idi. Dedi ki, mən dərman içib yatıram, qardaşın gələndə məni durğuzarsan. Bir də gördüm ki, anam bir ovuc dərman atdı. Sonra əsməyə başladı. Ürəyi getdi. Əsas qapı bağlı idi və mən qapını aça bilmirdim. Qapını möhkəmdən döyə-döyə qonşuları köməyə çağırırdım. Qonşular qapını balta ilə qıraraq içəri girdilər. Anama kömək etməyə çalışırdılar. Artıq anamın ağzından köpük gəlirdi. Qonşulardan biri dedi ki, artıq gecdir, ölür. Mən ağlamağa, evi dağıtmağa başladım. Sonra anamı xəstəxanaya apardılar. Məni isə otaqlardan birinə qoyub qapını bağladılar. Əlimə alma da vermişdilər ki, başım qarışsın. Ancaq mən durmadan qışqırırdım. Xeyli müddət özümə gələ bilmədim. Sonra məni anamın yanına apardılar. Anam başımı sığallayıb ağladı. Böyük qardaşımı çağırdı və dedi ki, bunu sənə, səni də Allaha tapşırıram. Qardaşım da dedi ki, arxayın ol. Anamı qucaqladım, sonra gördüm gözləri bərələ qalıb. Məni dərhal götürdülər. Anam dünyasını dəyişibmiş, ancaq mənə başqa şey deyirdilər. Soruşanda ki, anam hanı, qardaşım deyirdi ki, Rusiyaya, müalicə almağa gedib. Mən də inanırdım. Bir dəfə məktəbdə müəllimlə sözüm düz gəlmədi, dedim, anama deyəcəm. Dedi ki, sənin anan çoxdan ölüb. Qaça-qaça evə gəldim, qardaşıma dedim ki, sən məni aldatmısan, anamın öldüyünü mənə deməmisən. Yenə də dedi ki, ölməyib, Rusiyada müalicə olunur. Ancaq bu dəfə ona inanmadım. Sonra başqa bir qardaşım məni anamın qəbrinə apardı. Bundan sonra 3 gün komaya düşdüm. Ana şirin şeydi. İndiyədək anamın qəbrini məndən başqa ziyarət edən yoxdur. Ev yandırmaq söhbətinə görə belə edirlər”.
V.Əliyev deyir ki, anasının ölümündən sonra onu Buzovnadakı 13 saylı internata yerləşdiriblər: “Bir müddət orda qaldım. Sonra qardaşımın yanında qalmağa başladım. Böyrəyimdə problem verdi, bəzi hallarda sidiyimi saxlaya bilmirdim. Buna görə qardaşım, onun arvadı məni incidir, döyürdülər. 14 yaşım vardı. Qardaşım belimdə 25-lik dəmir borunu əymişdi. Şişlə əlimi, yanımı yandırırdı. Həyatdan bezmişdim, evin arxasında özümü asdım. Xırıldayanda köməyimə qonşu arvad çatdı. Hay-küy saldı, tökülüb gəldilər, ipi kəsdilər, məni xilas etdilər. Sonra məni Mərdəkana-oğlanlar üçün xüsusi məktəbə göndərdilər. 1 il 6 ay orada qaldım və yenidən evə gətirdilər. Yenə işgəncələr başladı. Amma birtəhər dözürdüm”.
Həmsöhbətimiz orta məktəbi qurtardıqdan sonra test yolu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub. Ancaq imkansızlıqdan oxuya bilmədim: “Əsgərliyə getdim, qayıdandan sonra yenə qardaşımla yola getmədik, evdən getmək, küçələrdə gecələmək qərarına gəldim. Bir neçə il Sabir bağında, Bulvarda gecələməli oldum. Bəzən yeməyə bir şey tapmırdım, oğurluq etmək məcburiyyətində qalırdım. Sonra dost yığmağa başladım. Bəzən gedib dostların evində qalmaq istəyirdim, ancaq mən onlara gedəndə valideynlər narazılıq edirdilər, mən də bunu görüb çıxırdım. Bir dəfə acından ölürdüm, ayaq üstə dura bilmirdim, yıxılıb qalacaqdım. Gördüm bir mağaza var, satıcısı da yaşlı arvaddır. Dedim ki, burdan oğurluq etmək asan olar. Acından öldüyümə görə buna məcbur idim. Mağazaya girdim, ürəyim istəyən şeylərdən yığdım. Gördüm ki, arvadın başı qarışıqdır, aradan çıxmaq istədim. Qapının ağzına çatanda arvad məni arxadan çağırdı. Dedi ki, bəs xırdanı götürmək istəmirsən. Çaşdım, dedim ki, nə xırda? Cavab verdi ki, bala, deyəsən sən özünü yaxşı hiss eləmirsən, indicə yüz manat vermədin? Tutuldum, ancaq bir şey demədim, götürdüklərimi stolun üstünə qoydum, hesabladı, 75 manat xırda qaytardı. Mən günah iş gördüyümü başa düşürdüm, ancaq başqa yol yox idi. Günah iş gördüyümə görə, mağazadan götürdüklərimi küçə uşaqlarına payladım. Sonra həmin uşaqlarla “Şaurma”ya getdik, 75 manat da orda xərcləndi. İstəyirdim ki, uşaqları doydurmağım etdiyim günahı ört-basdır etsin. Bir dəfə isə məni təpiklə vuran polis bildirdi ki, sən cəmiyyətə yad ünsürsən. Dedim ki, içki düşkünüyəm ki, yad ünsür olum?”
V.Əliyev deyir ki, dindarlar ona maraqlı bir təklif veriblər: “Dedilər ki, torpaq sahəsi olsa, sənin üçün öz hesabımıza ev tikərik. Mən də böyük qardaşıma dedim ki, yaşadığınız mənzildə mənim də haqqım var. Bir balaca torpaq sahəsi ver, ev tikim. Vermədi. Deyir ki, get işlə, qazan, özünə torpaq, ev al. Doğrudur, mənim pul qazana biləcək vaxtımdır. Ancaq dəstək olmasa heç nə edə bilmərəm”.
Həmsöhbətimizin həyatı Uşaq Birliyinə gələndən sonra dəyişib: “Bir nəfər vardı-indi həbsdədir-o məni Uşaqlar Birliyinə gətirdi. Burada mənə hərtərəfli dəstək verdi, məni xilas etdilər. Burada xeyli qaldım. Mənə iş də tapdılar. İnternet klubda işləyir, elə orda da qalıram. Universitetə hazırlaşıram, inşallah, yaxşı olar”.
Ağa CƏFƏRLİ

2013 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024