Zibillikdəki yeməklər Afrikanı doyurardı
14 sentyabr 2011
20:00
Alman mətbuatında maraqlı bir məlumatla rastlaşdım. Telefilm rejissoru, prodüser Valentin Thurn “Frisch auf den Müll” (hərfi tərcümədə “Təzə ərzaq zibillikdə” anlamının verir, ingiliscədə isə “Tullantının dadı” kimi tərcümə olunub) adlı sənədli film çəkib. Film vacib bir problemi analiz edir: inkişaf etmiş ölkələrdə artıq qalan, korlanmamış qidaların zibilliyə atılması məsələsi. Rejissor problemi Almaniyanın timsalında göstərib.
****
Əslində yazını oxuyanda təəccüblənmədim. Səbəbini izah etməyə çalışacağam. Almaniyada restoranlarda təklif olunan yemək müştərilərin xoşuna gəlməsə də, onlar mütləq ofisianta “çox dadlı idi” deyəcəklər. Orda yaşayan tanışlarım dedilər ki, bu almanların İkinci Dünya müharibəsi zamanı aclığın onlara vurduğu zədə ilə bağlıdır. Yəni o anlama gəlir ki, “müharibədə hər çörək parçasına sevinirdik. Ona görə dadsız yeməklərin belə dəyərini bilməliyik”.
Yeməyə belə münasibət nəsildən-nəsilə ötürülür. Amma paradoks ondadır ki, almanlar, adətən, təzə yeməyin artıq qalan hissəsini sabaha saxlamırlar, birbaşa zibil yeşiyinə tullayırlar. Hətta xatırlayıram ki, əməkdaşlıq etdiyim təşkilatda nahar zamanı alınan xeyli yeməyin qalan hissəsini axşam tərəfi paketlərdə döşəmədə səpələnən gördüm. Bir tədbir zamanı isə qazanlarda qalan yeməklər – sendviçlər, şorbalar, müxtəlif növ qızartmalar, çeşid-çeşid çörəklər, qida məhsulları üçün nəzərdə tutulmuş zibil paketlərinə boşaldılırdı. Onlara görə bu günün yeməyini sabah yemək olmaz. Çünki o artıq pozulmuş sayılır.
***
Rejissor Thurn filmində məhz bu anormal halı araşdırır. Bəlli olur ki, Almaniyada hər il 15-20 milyon ton qida tullantıya çevrilir. Zibil konteynerlərindəki qida korlandığına görə yox, artıq olduğuna görə tullanır. Bunun üçdə bir hissəsi artıq istehsal prosesində çeşidləmə zamanı, digər üçdə bir hissəsi mağazalar və pərakəndə satış tərəfindən atılır. Qalan hissə isə ev təsərrüfatının payına düşür.
Qidanın tullanması öncə əkin sahələrində, tarlalarda başlayır. Filmdə bir fermer izah edir ki, o yalnız kartofun bir hissəsini toplayır. Çünki standartlara görə çox böyük və ya kiçik planlar olur. Ciddi qaydalar səbəbindən isə fermerlərə tullantı olan ərzaq məhsullarını donuzlara yedirtməyə icazə verilmir.
****
Məlumatları toplamaq rejissora asan başa gəlməyib. Onun sözlərinə görə Almaniyada bu barədə rəsmi statistika yoxdur: “Qida tullantılarının həcmi getdikcə artır. 1970-ci illərdən başlayaraq isə iki qat çoxalıb. Həm də bu ona görə baş verib ki, ərzaqlar ucuzlaşıb”.
Avropa Birliyinin digər ölkələrindən fərqli olaraq Almaniyada ərzaq daha ucuzdur.
Bazarda amansız rəqabət supermarketləri qiymətləri aşağı salmağa vadar edir və rəflərdə hər halda zahirən qüsursuz görünən məhsullar düzülür. Tutaq ki, əzilmiş süd qutusuna və ya nöqtə boyda belə qaralmış meyvəyə rast gəlinmir.
Bundan başqa, istifadə müddətinin bitməsinə az qalmış ərzaqlar dərhal atılır. Mütəxəssislər deyir ki, müddəti bitən kimi ərzaq avtomatik olaraq korlanmır.
V. Thurn düşünür ki, istifadə müddəti sona yaxınlaşan ərzaqları aşağı qiymətə satmaq olar və onlar satılanadək rəflər təzə-tər məhsullarla doldurulmasın. Amma müştəriləri itirmək qorxusu o qədər böyükdür ki, supermarketlər milyon dəyərində olan ərzaqları atmağa üstünlük verir.
****
Sərt seçimdən dolayı pərakəndə satış hər il dövriyyədə yarım milyard avro itirir.
Rejissor deyir: “Amma məsələ təkcə pulda deyil, məhsulların istehsalına çoxlu enerji sərf olunur, Almaniyada insanlar məhsulları atdığı halda başqa ölkələrdə insanlar acından ölür”.
REWE supermarketlər şəbəkəsi hələ tamamilə korlanmayan, hansısa səbəbdən satışa yararlı olmayan ərzaqlarla evsizlərə yardım edən təşkilatları təchiz edir.
Rejissorun sözlərinə görə, Almaniyada ərzaqların yalnız bir hissəsi xeyriyyə təşkilatlarına verilir: “Ölkədə kifayət qədər xeyriyyə təşkilatı yoxdur ki, istifadə müddəti bitməmiş bütün ərzaqları qəbul edə bilsin. Ən doğrusu artıqları paylamaq yox, ümumiyyətlə onları istehsal etməməkdir”.
Artıq qida məhsullarının istehsalı həm də ekologiyaya, təbiətə ziyan vurur. Çünki enerji, qaz, gübrə sərf edilir, ağaclar qırılır.
****
Yerli ARD kanalında nümayiş olunan film ölkədə rezonans yaradıb.
Filmdən sonra rejissor sadə insanlardan, aşpazlardan, restoran və supermarket sahiblərindən çoxlu elektron məktublar aldığını deyir. Əksəriyyət filmi izlədikdən sonra alış-veriş edərkən və ərzaqları saxlayarkən daha diqqətli davrandıqlarını yazırlar.
Almaniya hökuməti isə hər il ölkədə nə qədər qida tullantısının atılması ilə bağlı artıq araşdırmalara başlayıb. “Deutsche Welle”nin məlumatarına görə, təhqiqatın nəticələri bu payız bəlli olacaq.
****
Thurn araşdırmalarına hələ 2007-ci ildə başlayıb – supermarketlərin qida tullantılarını yeyən insanlar haqda telereportaj hazırlayanda. Onlar əvvəlcə rejissora maraqlı görünüb, sonra isə o buna ekzotik fenomen kimi yanaşıb.
Digər ölkələr:
Amerika
Amerikada istehsal olunan qidanın 40 faizi zibilliyə atılır. Təkcə Nyu-Yorkda hər gün 123 ton ərzaq tullanır. Bu Afrikanın ac əhalisinin yarısını təmin etməyə kifayət edir.
Böyük Britaniya
“Independent” qəzetinin yazdığına görə təxminən 20 milyon ton ərzaq hər il tullantıya çevrilir. Onun yarısı isə məhv edilir. Britaniyalılar təkcə korlanmış yeməyi yox, şərabı da atırlar.
İsveç
İsveçdə isə hər il minlərlə ton ət, meyvə və tərəvəz atılır. Ölkənin kənd təsərrüfatı universitetinin tələbələrinin təhqiqatlarına görə alıcılar istifadə müddətinin bitməsinə az qalmış ərzaqları almır. Onlar hətta azacıq ləkəsi olan tərəvəz və meyvələrdən də imtina edir.
Sevda SULTANOVA

1409 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024