Bu gün ispan şair, tərcüməçi Klara Canesin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
İşarənin qərarsızlığı...
Külək rəqsə məcbur edir,
quru yarpaqlar
dəyişən sahələri naxışlayır,
yerdəyişmələr, büdrəmələr, tərəddüdlər...
Yarılan hava
coşdurur hətta utancaq bir ruhu,
və varlıq, sıçrayışa qadir olmayan...
Səma yırğalanır,
bir buludun kölgəsi
üzüb keçir qəlbin üzərindən.
***
İşıq cəlddir,
və buna görə də uçub gedir,
an və görüntü,
öz şöləsini içən
ağac da hətta
təslim olur rəqsinə...
varlıqla yoxluq arasındakı
izin verir
öz məsumluğunda yanmağına.
Yalnız şaxta səngidir
yarpaqların burulğanını...
Türk dilindən sətri tərcümə: Aydan Ağayeva