"P. Diddi" kimi tanınan amerikalı reper Şon Kombs başından aldığı xəsarətə görə Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasından xəstəxanaya aparılıb.
Kulis.az xəbər verir ki, hadisə oktyabrın 10-da səhər tezdən baş verib.
Xəsarətin hansı şəraitdə alındığı açıqlanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl P. Diddinin həbsxanada qaçaqmalçılıq və müxtəlif imtiyazlar əldə etmək üçün minlərlə dollar xərclədiyi məlum olmuşdu.