Bu gün tanınmış türkiyəli şair Gültən Akının anım günüdür.
Kulis.az onun məşhur "Dəli qızın türküsü"nü və sözügedən şeirə yazılan mahnını Sezen Aksunun ifasında təqdim edir.
Sənə böyük küçələrin birində rast gəlsəm,
Əlimi uzatsam, tutsam, aparsam...
Gözlərinə baxsam, gözlərinə, danışmasaq,
Anlasan.
Əlimi uzatsam, tuta bilməsəm,
Bütün sevgimi, tənhalığımı
Düşünsəm, xeyr, düşünməsəm,
Sənin heç xəbərin olmasa,
Sənin heç xəbərin olmaz ki...
Başlayıb bitər öz-özünə o türkü.
Yağış yağar, akasiyalar islanar,
Buludlar uçuşar gecə ilə,
Mən yağışa dəli, buluda dəli,
Böyük bir oyundur yaşamaq dediyin,
Məni ya sevməli, ya öldürməli...
İtirməli böyük yolların birində nə varsa,
Böcəklər kimi başlamalı yenidən,
Bu Allahsız, bu yağışişləməz qaranlıqda,
Yan qəribliyinə, ürək, yan.
Getdi, gedən!
Dilimizə uyğunlaşdırdı: Sevinc Mürvətqızı