Mənim xoşbəxtliyim ağcaqanad qanadından yüngüldür - Anastasiya Strokinanın şeirləri

Mənim xoşbəxtliyim ağcaqanad qanadından yüngüldür - Anastasiya Strokinanın şeirləri
2 dekabr 2023
# 10:00

Kulis.az rus şair Anastasiya Strokinanın şeirlərini təqdim edir.

***

Bir tənhalıqdan - baş əyib - digərinə keçmək,

Bu artıq vərdişdir...

Körpünün arxasında döngədən sonra

Ucuz bir kafe var.

Vəssalam, bu da çətin olmayan yolda -

Bayquş olmaq da olar,

Yarasa da burada...

***

Uzanıb günəşə baxıram. İsti daşların üstündə.

Bir əlim şərqə sarı, digəri qərbə.

Təyyarələri sayıram: hamısı mənə tərəf uçur,

Məndən uçur - şəhərdən-şəhərə, üfüqdən-üfüqə yox...

Xəritədə kiçik bir xaç var - kövrək titrəyən xaç -

Təyyarə dostlarım məni görə bilməyəcək.

Amma mən buradayam, mən bu yerlərdənəm,

Rahat nəfəs alıram, mənə belə yaxşıdı...

Tezliklə gün batacaq, deməli, getmək vaxtıdır

Və ağaran yol ilə evə qayıtmağım var.

Bu torpaq məni bağışlayacaq - qəbul edəcək

Öpüşümü, günəşimi və bədənimi...

***

Mənim xoşbəxtliyim

"Ağcaqanad qanadından daha yüngüldür"...

nazik və qırıq...

Sarmaşıq kimi dolanıb

Yalnızlıq mənə...

Əlimdə saxlamışam bu yalnızlığı-

Sual edirəm özümə:

"Başqa nə lazımdır...?!"

***

İlk qarın yağmağa başladığı üçüncü gündür.

Narahat olmayın: gözəl bir gün olacaq.

Gəlin, çayların kəsişməsinə doğru

Gedək, ömrümüzün son gününə kimi...

İsti palto geyinin.

Biz bir-birimizi sevməliyik, ya da ölməliyik...

İstəsən, birbaşa gedərik, istəsən, dolanarıq.

Sadəcə, əlini ver...

Tərcümə: Tural Cəfərli

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

13:00 24 oktyabr 2026
“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

16:23 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər