Mənim Allahım öldü... - Gülsadə İbrahimlinin şeirləri

Mənim Allahım öldü... - Gülsadə İbrahimlinin şeirləri
19 iyul 2024
# 12:55

Kulis.az Gülsadə İmrahimlinin şeirlərini təqdim edir.

***

Yuxun qarışsın bu gecə,
Adım gəlsin ağlına.
Sinəndə nəfəsin daralsın,
Biləsən ki, dardayam.


Bir şimşək çaxsın pəncərəndən
Xəyalım sürünsün divarlarından.
"Məni istə","məni sev"," məni gözlə" dediyin qadının gülüşləri şaqqıldasın ağlında.

Sevdiyim,
Gözlədiyim,
Yar dediyim,
Yarımadım bu həyatın kamından.
Göy gurlayır,
Yağış yağır,
Şəhər məsum.
Min yol gəlib döyürəm xəyalımda qapını.
Bir qadının səsi gəlir,
Şirin-şirin təkrarlayır adını.

Özümə not

Bitirməlisən beynində, ruhunda qanqren olmuş,
Yarım hekayələri.
Ayağına dolaşmalı deyil düşüncəni sərsəmlədən,
Donuq baxışlardan qalan son vidalar.
Xumarlı bir sevginin 18 yaşlı qadını deyilsən,
Sən, o sən deyilsən...

Əllərin taleyini yazır,
Ağ bayraq qaldır keçmişinlə arandakı neytral zonada.
Bir qızcığaz nimdaş ayıcığını basıb bağrına
Döyüşdən sağ çıxmış və gülümsər sənə.
Qanadların yaralı,
Sancılı xatirələrin qundaq gecələrini bəslərdi göz yaşlarını.
Sevgilər başdöndürücü, gözəlliyin sərsəm mərmi,
Bir qucaq boyda təkliyin məsum oyuncağı qadın.
Günəş boylanır ruhunda,
Ətəyi süd bəyazı buludlara köklə duyğularını,
Öpsün dodaqlarından uzaqdan qonaq düşən dəli külək.
Çəkil məbədinə,
Bütün ötəri sevgilərin günahını çıxar,
Sonunu gətir vidasız ayrılıqların,
Matəmsiz ölənlərin,
Sənsiz gedənlərin.
Bağrına bas atılmış sevgini, yasını tut.
Tut əllərindən içindəki məsumun!
Şaclarında bəyaz,
Gözlərin dibini gizləyən dəniz.
Əllərin vəfasız bir əlin məzar yeri.
Dik dur qadın,
Dik dur!

***

Rəsmini gördüm,
Gülürdün...mənsizlik yaraşmışdı sənə.
Necə də tez unutmusan hər şeyi,
Necə də tez şəkil dəyişib şəkillərin.
Yalanların boylanırdı boyundan,
Özündən böyük yalanların,
Özündən yaraşıqlı yalanların.
Gülürdün...
Səni mən qədər tanımırdı yanındakı,
O mən qədər bilmirdi səni
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.
Vəfalı ər,
Fədakar ata...
Nə qəşəng yaraşmışdın şəkilə.
Səndən sonra çox şey dəyişdi oysa,
Mənim Allahım öldü,
Ürəyimə basdırdım özümü.
Sən gülürdün,
Mən matəmini tutarkən sənsizliyimin,
Belimi yerə vuranda yoxluğun,
Xəyanətin
Sən boyundan böyük bir səadətlə gülürdün.
Tutmuşdun yerini...tuta bilmədiyin əllərim son kəs üzülərkən səndən
Sən özünü tamamlayırdın saxta gələcəyinlə.
Mənsizlik yaraşmışdı sənə...
Yalanların qədər,
Alçaqlığın qədər.
Sən gülürdün, ancaq, qızının gözlərindən baxırdı mənim nakam taleyim.

***

Bir tək sənə yazmaq istəyirəm,
Darıxanda əllərim,
Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.
Uzun-uzun demək istəyirəm necəyəm,
Necəydim.
Axı, sən həm də, ən yaxın dostumdun
Çəkilirəm küncümə,
Kim deyir ki güclüyəm, qalibəm.
Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.
Sən tanımışdın məni
Ilk dəfə ruhumun şifrələrinə toxunarkən bilirdin bir qızcığaz tapacaqsan
Dizləri çapılmış, üşümüş və yanılmış.
Səndən sonra dəyişmədi heç nə
Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.
Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.
Axı sən də xaindin,
Öz ölkəsini satmışlar qədər,
Öz körpəsini atmışlar qədər,
Kimliyini danmışlar qədər xain.
Bəs niyə mən... bir tək sənə yazmaq istəyirəm ağlarkən,
Gülərkən,
Darıxarkən.
Hardansa gələssən kimi gözləyirəm səni
Duysan iç səsimi, getdiyin yerlər yuvan olmazdı.
Belə qalmazdı bu sevginin biçarə taleyi...
Nə bilim,
Bilirəm yoxsan,
Yadsan,
Olmayassan.
Və bilirəm ki ,mən bir də sənə heç vaxt yazmayacam.
Ancaq...

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Sapsarı Ay işığı tutdu əlimdən... - Ələddin Əzimlinin şeirləri

Sapsarı Ay işığı tutdu əlimdən... - Ələddin Əzimlinin şeirləri

10:30 10 yanvar 2026
Heç bir şey deməsən, sussam, sussan, sussaq... - Cemal Süreyanın şeirləri

Heç bir şey deməsən, sussam, sussan, sussaq... - Cemal Süreyanın şeirləri

14:10 9 yanvar 2026
Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət

Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət

13:56 9 yanvar 2026
Sənin Vətəndən özgə kimin var, kimin, kişi! - Günün şeiri

Sənin Vətəndən özgə kimin var, kimin, kişi! - Günün şeiri

13:00 9 yanvar 2026
Göyündə Allah boğulur - Ramiz Rövşən

Göyündə Allah boğulur - Ramiz Rövşən

11:15 9 yanvar 2026
Mən sözü qoymuşam gözümün üstə... - “Səksənincilər" layihəsindən Səməd Qaraçöpün şeirləri

Mən sözü qoymuşam gözümün üstə... - “Səksənincilər" layihəsindən Səməd Qaraçöpün şeirləri

10:00 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər