Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb
8 may 2026
# 13:07

Tanınmış türkiyəli ulduz Sertab Erener bu il yenidən "Avroviziya" səhnəsinə qayıtmaqla bağlı edilən təklifi geri çevirib.

Kulis.az xəbər verir ki, müğənni şəxsən yaydığı açıqlamada Vyanada baş tutacaq final gecəsinə xüsusi qonaq kimi dəvət edildiyini, lakin bundan imtina etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

İfaçı bu qərarının arxasında dayanan səbəbləri də aydınlaşdırıb. O, qlobal miqyasda cərəyan edən siyasi gərginliklər fonunda belə bir musiqi tədbirində iştirak etməyi uyğun bilmədiyini vurğulayıb. Bununla yanaşı, Erener qeyd edib ki, eyni tarixdə çoxdandır planlaşdırılan konsert proqramı var və qrafiklərin toqquşması da onun bu təklifi rədd etməsinə gətirib çıxarıb.

Xatırladaq ki, qardaş ölkə Türkiyə "Avroviziya" mahnı müsabiqəsində sonuncu dəfə 2012-ci ildə – şouya Azərbaycan ev sahibliyi edərkən təmsil olunub. Sertab Erener isə 2003-cü ildə ifa etdiyi məşhur "Everyway That I Can" kompozisiyası ilə Türkiyəyə müsabiqə tarixinin ilk birinciliyini qazandırmışdı. Uzun fasilədən sonra sənətçi 2024-cü ildə fəxri qonaq qismində yenidən həmin səhnəyə çıxaraq, şounun ikinci yarımfinalında əfsanəvi hitinin fərqli aranjimanını səsləndirmişdi.

Qeyd edək ki, bu il Avstriyanın paytaxtı Vyanada keçiriləcək olan nüfuzlu musiqi yarışmasında ölkəmizi Jiva özünün "Just go" adlı mahnısı ilə təmsil edəcək. Tədbir may ayının 12, 14 və 16-da baş tutacaq.

# 383 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya

Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya

13:00 8 iyun 2026
"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

12:30 8 iyun 2026
İlham Əziz:  "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

İlham Əziz: "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

12:00 8 iyun 2026
Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

11:40 8 iyun 2026
Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

10:30 8 iyun 2026
Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər