Məşhur aşpaz, yazıçı və televiziya aparıcısı Entoni Burdenin gənclik illərindən bəhs edən “Tony” filmi bu həftə yeni yayım platformasına gəlir.
Kulis.az xəbər verir ki, Mett Consonun rejissoru olduğu ekran əsəri noyabrın 20-dən “HBO Max” platformasında izləyicilərə təqdim ediləcək.
Filmdə gənc Burdeni Dominik Sessa, təcrübəli aşpazı isə Antonio Banderas canlandırır.
Ekran əsəri Burdenin bütün həyatını əhatə edən ənənəvi bioqrafik film deyil. Hadisələr 1975-ci ilin bir yayında, gənc Entoninin restoran mətbəxində işləməyə başlaması ətrafında cərəyan edir. Məhz həmin təcrübə onun gələcək həyatına və peşə seçiminə təsir göstərir. Filmin əsas xətti məşhur aşpazın sonradan tanınan şəxsiyyətə çevrilməmişdən əvvəlki çətin, ziddiyyətli və axtarışlarla dolu dövrünü göstərməkdir.