Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olundu

Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olundu
17 iyun 2026
# 16:04

Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, tanınmış tarzən, professor Vamiq Məmmədəliyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər.

Yubiley gecəsində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov nazirliyin adından yubilyara ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra BMM-in direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə Vamiq Məmmədəliyevi təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, ömrünün böyük bir hissəsini Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə də muğam sənətinin qorunmasına, inkişafına və təbliğinə həsr etmiş Vamiq Məmmədəliyev zəngin yaradıcılıq yolu keçib. Onun pedaqoji və elmi fəaliyyəti sayəsində yetişdirdiyi çoxsaylı tar ifaçıları milli musiqi məktəbimizin bu gününü və sabahını formalaşdıran dəyərli nümayəndələrə çevriliblər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Xalq rəssamı Arif Hüseyn, Əməkdar artist Əyyub Quliyev, publisist Əkrəm Qaflanoğlu çıxış edərək tarzənin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, gənc nəslin yetişdirilməsi istiqamətində gördüyü işlərdən və pedaqoji fəaliyyətindən söz açıb, ona ən xoş arzularını çatdırıblar.

Qeyd edilib ki, görkəmli tarzən tar alətinin ecazkar imkanlarını yüksək peşəkarlıqla nümayiş etdirərək Azərbaycan muğamını ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə tanıdıb. Dünyanın bir çox ölkələrində görkəmli muğam ifaçıları ilə birlikdə qastrol səfərlərində milli musiqimizi layiqincə təmsil edib. Vamiq Məmmədəliyevin Qızıl Fonda daxil edilmiş ifaları, görkəmli xanəndələrlə yaratdığı sənət nümunələri milli musiqi irsimizin ən qiymətli səhifələri sırasında xüsusi yer tutur. Tarzənin sənətə və müəllimlik missiyasına sonsuz sədaqəti, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına verdiyi töhfələr hər zaman böyük ehtiramla qarşılanır.

Yubiley gecəsində tanınmış xanəndələr və tarzənlər muğam və xalq mahnılarından ibarət proqramla çıxış ediblər. Xanəndələri Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu müşayiət edib.

# 661 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər