“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada
3 noyabr 2026
# 13:08

“Baku Steel Company” QSC (bundan sonra – BSC) Bakıda Qafqazın “Böyük Beşliyi”nə həsr olunmuş “Baku Steel Art 2026” sərgisini təqdim edib. Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.

Kulis.az "APA-Economics"ə istinadən xəbər verir ki, sərgidə BSC tərəfindən QGallery-nin təşkilati dəstəyi ilə keçirilmiş üçüncü “Baku Steel Art 2026” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri nümayiş olunur.

Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan 14 sənətkarı bir araya gətirib. İki həftə ərzində BSC-nin istehsalat sahəsi onların ortaq yaradıcılıq emalatxanasına çevrilib. Şirkətin polad məhsullarından hazırlanan kompozisiyalarda hər bir müəllif Qafqaz təbiətini özünəməxsus bədii dillə ifadə edib.

“Böyük Beşlik” Qafqaz faunasının beş nümayəndəsini – ceyranı, Qafqaz bəbirini, qonur ayını, boz canavarı və şah qartalını əhatə edir. Sənətkarlar bu obrazlar vasitəsilə insanla təbiət arasındakı münasibətləri araşdırırlar. Burada poladın möhkəmliyi ilə canlı aləmin kövrəkliyi arasındakı təzad biomüxtəlifliyin qorunması üçün daşıdığımız məsuliyyəti xatırladır.

Sərgi 2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində açılıb.

Açılış mərasimində “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva kimi fəxri qonaqlar, eləcə də “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalının iştirakçıları və qonaqları iştirak ediblər.

Baku Steel Art simpoziumları 2024-cü ildən keçirilir. BSC-nin metallurgiya təcrübəsini sənətkarların bədii baxışı ilə birləşdirən layihə sənaye ilə incəsənətin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Beləcə, zavodda istehsal olunan polad şəhərin mədəni mühitinin bir hissəsinə çevrilir.

Qeyd edək ki, “Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti sektoru, infrastruktur layihələri və sənaye üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

# 126 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər