Qaraqan yeni mahnısını təqdim edib

Qaraqan yeni mahnısını təqdim edib
18 fevral 2025
# 13:50

Tanınmış reper və yazıçı Qaraqan yeni mahnısını təqdim edib.

Kulis.az xəbər verir ki, mahnının klipi Azərbaycanda ilk dəfə kukla teatrı janrında hazırlanıb.

Klip cəmiyyətin qəbul etmədiyi yoxsul, uğursuz adam haqqındadır. Nizami Gəncəvinin rəsminin asıldığı otaq və masanın üzərindəki plastik əməliyyatlarla bağlı məqalə insanların eyniləşdirilməyinə, fərqlilərin qəbul olunmamasına işarədir.

Klipin sonunda qəbulolunmaz adamı üzərində “2+2=5” qeyd olunmuş lövhəylə şəhərdə görürük: naməlum fiqurlar ona yaxınlaşır, xor şəklində mahnı oxuyurlar və onu daşlamağa başlayırlar. Beləcə, o, ruhi xəstəxanaya yerləşdirilir.

Qeyd edək ki, fərqliliyin dözülməz ağrısı, sosial problemlər haqqında çəkilmiş klip izləyicilər tərəfindən maraqla qarşılanıb.

# 3184 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər