Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi

Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi
4 sentyabr 2025
# 10:20

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.

Kulis.az xəbər verir ki, ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden aktrisaya təqdim edilib.

Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, mərasimdə sənətçiyə həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.

# 1359 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər