Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir
16 oktyabr 2026
# 17:00

Misir mütəxəssisləri Fayum mumiyası portretlərinin seçilmiş nümunələrini bərpadan sonra ilk dəfə xarici sərgidə nümayiş etdirməyə hazırlaşırlar. Bu portretlər qədim Misir dəfn ənənələrini yunan-Roma incəsənətinin təsirləri ilə birləşdirən nadir sənət nümunələridir.

Kulis.az xəbər verir ki, Qahirədəki Misir Muzeyində saxlanılan əsərlər arasında Tondo of the Two Brothers adlı dairəvi portret də var. İki şəxsi eyni kompozisiyada təsvir edən bu əsər öz forması və portret xüsusiyyətləri ilə digər nümunələrdən fərqlənir.

Əsərin bərpası üç həftə davam edib. Misir Muzeyinin konservatorları Romadan gələn mütəxəssislərlə birgə işləyiblər. Taxta səthin termitlərdən zədələnməsi və boyalı hissənin həssaslığı bərpa prosesini çətinləşdirib. Müdaxilə zamanı portretdəki şəxslərdən birinin üz cizgilərinin daha aydın görünməsi təmin edilib.

Fayum portretləri, əsasən, nazik taxta lövhələr üzərində çəkilir və ölən şəxslərin mumiyalanmış üzlərinin üzərinə yerləşdirilirdi. Bu ənənə qədim Misirin dəfn mərasimləri ilə Aralıq dənizi dünyasının realist portret sənəti arasında əlaqə yaradır.

Seçilmiş portretlər 2026-cı ilin noyabrından 2027-ci ilin mayınadək Romada keçiriləcək sərgidə nümayiş olunacaq. Sərgiyə 110-dan çox əşyanın daxil edilməsi planlaşdırılır. Layihə Misir və İtaliya mütəxəssislərinin mədəni irsin qorunmasında əməkdaşlığını da nümayiş etdirir.

# 783 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər