Döymələrinə görə hərbi xidmətə getməyən məşhur müğənni

Döymələrinə görə hərbi xidmətə getməyən məşhur müğənni
15 avqust 2025
# 15:15

15 avqust tanınmış rus hip-hop sənətçisi, prodüser, aktyor Timatinin doğum günüdür.

Kulis az. bu münasibətlə tanınmış sənətçinin həyatı, yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Timati 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri atası İldar Vaxitoviç Yunusov və anası Simona Yakovlevna Yunusova çox təminatlı ailədəndir.

O, tatar və yəhudi köklərinə sahibdir. 14–15 yaşlarında "VIP77" adlı qrup yaradıb.

2004-cü ildə “Star Factory 4” musiqi realiti-şousunda çıxışı ilə geniş tanınıb. Bu, onun adının daha da məşhurlaşmasına səbəb oldu.

Həddindən artıq tələbkarlıqla böyüdüldüyünü və hər şeyi özü bacarmalı olduğunu qeyd edən Timati, Moskvadakı Yüksək İqtisadiyyat Məktəbində təhsil alıb, amma 3-cü kursda təhsili buraxaraq musiqiyə diqqətini yönəldib.

Timati 2006-cı ildə "Black Star İnc." musiqi prodüserlik mərkəzini qurub.

Sonradan bu brend geyim xətti, barbershop, tatuirovka salonları, burgerçilər və digər biznes istiqamətlərini əhatə edən biznes-holdinqə çevrildi.

2009-cu ildə "The Boss" adlı albomunda Snup Doq, Busta Raymes, Mario Vinans və Xzibit kimi tanınmış Qərb ulduzları ilə əməkdaşlıq edib.

2011-ci ildə DJ Antoini ilə birgə "Welcome to St. Tropez" mahnısı Avropada, o cümlədən Almaniya, İsveçrə, Avstriya, Fransa, Polşa və Ruminiyada top 10 hitlərdən biri oldu. "Black Star", "The Boss Swagg", "13" onun dünyaca məşhur albomlarıdır.

Timatinin diskoqrafiyasında 7 studiya albomu, 2 mini-albom, 2 qrup albomu, 3 toplama albom, 93 solo single, 12 soundtrack və 100-dən çox musiqi video yer alır.

Bədənində 60 faizdən çox döymə olduğuna görə psixoloji cəhətdən qeyri-sabit hesab olunaraq hərbi xidmətə getməyib.

# 1487 dəfə oxunub

Oxşar xəbərlər

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər