Qiymət artımını unutduran Lalə Azərtaş

Qiymət artımını unutduran Lalə Azərtaş
2 iyul 2021
# 13:01

Kulis.az Könül Cəfərlinin “Lalə Azərtaşı linç edənlər” yazısını təqdim edir.

Küyə gedən millətik!

Ən pisi də odur ki, hər kəsdən gözləntimiz idealdır, kimsəyə səhvi bağışlaya bilmirik. İllah da, bu şəxs tanınmış, hər gün efirdə gördüyümüz adamdırsa.

Lalə Azərtaşı deyirəm, dünəndən sosial mediada insanların linç etdiyi aparıcını.

Tamam, mən də onun qiymət artımına bəraət qazandırmağa çalışmasını, xüsusən də "mürəbbə" ilə bağlı məsləhətini ciddi qəbul etmədim, amma daha xüsusi amansızlıqla yıxıb-sürümək nə demək?!

Yadınızdadırsa, bu aparıcı Vətən müharibəsi günlərində əsgərlərə efirdə "çest" vermişdi. Qızı qəhrəmana çevirib, o görüntünü günlərlə paylaşan sizlər deyildinizmi?

İndi az qala düşmənə çeviribsiniz. Deyirəm, bizim camaatın sevgisini və nifrətini qazanmaq nə qədər asan və bəsitdir. Cəmi bir jestlə adamı gah göyə qaldırır, gah da yerə çırpırsınız.

Bir az insaf!

Lalə Azərtaş illərin xəbər aparıcısıdır. Minlərlə xəbərin birində yanlış edə bilməzmi?

O da insandır!

Gallery

Bu xanımın da onu "daşlayan" hər kəs kimi xəta etməsi mümkündür. Bəlkə elə bir təqdimat etdiyi üçün, hətta peşmandır. Yaxud da peşman ola bilərdi, əgər siz baltalamaq, ələ salmaq əvəzinə səliqəli bir ictimai qınaq ortaya qoysaydınız.

Amma səhv edən birinə peşman olmağa da fürsət vermirsiniz!

Hə, unutmadan onu da deyim ki, Lalə Azərtaşla şəxsi tanışlığım yoxdur. Sadəcə, bir xətasına görə, minlərlə insanın kimisə linç etməsinə səssiz qala bilmədim, vicdanım götürmədi.

Türkiyə türklərinin yaxşı bir deyimi var: bəşərsən çaşarsan.

İnsan övladı xətasız deyil.

Kimsəni ideallaşdırmayın, hər kəsin səhv etmək haqqı var. Adamları bu haqları ilə birgə qəbul edin, o zaman həyat da yaşamaq üçün daha rahat olacaq.

Demirəm, xəta görəndə susub səsinizi çıxarmayın. Yox. Əlbəttə, etiraz etmək lazımdır, amma belə şüvən və hay-hüylə deyil, ciddi cəmiyyət təsəvvürü yaradacaq ictimai qınaqla.

Həm də belə etməklə hər dəfə əsas mövzudan uzaqlaşırsınız.

Qiymət artımı yaddan çıxdı, indi hamı mürəbbədən danışır.

Görün, hardan hara keçid etdik?

Bu xasiyyətimizi korrektə etməsək, həmişə belə olacaq.

Bəlkə, kimlərsə məqsədli şəkildə hər dəfə bir "mürəbbə" söhbətini atır ortalığa, cəmiyyəti başlıca hədəfdən asanlıqla uzaqlaşdırır?

Düzəlməyəkmi?

# 6892 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

17:30 14 noyabr 2025
Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

17:20 14 noyabr 2025
Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

17:10 14 noyabr 2025
Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

17:05 14 noyabr 2025
Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."

Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."

16:30 14 noyabr 2025
Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi

Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi

16:15 14 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər