82 yaşlı məşhur müğənni və bəstəkar Coni Mitçell ABŞ vətəndaşlığını alıb.
Kulis.az xəbər verir ki, bu xəbəri sosial şəbəkədə paylaşaraq uzun illər davam edən arzusunun gerçəkləşdiyini bildirib.
Kanadada doğulan sənətçi 1965-ci ildə ABŞ-yə köçüb. O, vətəndaşlıq mərasimindən görüntüləri və Amerika bayrağı ilə çəkilmiş fotosunu paylaşaraq bu yolun 62 il əvvəl başladığını qeyd edib.
“Both Sides, Now”, “Big Yellow Taxi” və “A Case of You” kimi mahnıları ilə musiqi tarixində iz qoyan Mitçell uzun müddət ABŞ vətəndaşı olmadığı üçün seçkilərdə səs verə bilməməsindən təəssüflənirdi. Yeni statusu ona ABŞ vətəndaşlığı ilə yanaşı, Kanada vətəndaşlığını da qoruyub saxlamağa imkan verir.