Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı nəşr olundu

Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı nəşr olundu
18 oktyabr 2023
# 15:35

150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünyaşöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının “Yalnız özümçün yazıram...” sərlövhəli müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.

Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Centre”, “Çıraq” kitab evi, Prezident Kitabxanası, Azərbaycan Dillər Universitetinin satış köşkü kitab evlərindən və mağazalarından əldə etmək olar.

AZƏRTAC

# 572 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #