Onun arvadının qoxusu

Onun arvadının qoxusu
11 iyun 2013
# 07:00

JALƏ

“Yaz” demişdi mənə…

Bir az bizdən yaz. Əslində mən də yazmaq istəyirdim. Böyük yazarların ən gözəl əsərlərini sevgililərinə həsr etdiyini bilirdim. Mən böyük yazar deyildim. Amma yazdıqlarım ən az onlarınkı qədər içdən idi. Yazarkən ağladığım da olmuşdu, içdən qəhqəhə çəkib güldüyüm də. Çox şeydən yazmışdım, günahlarımdan, xoş xatirələrimdən, hətta masturbasiya edərkən qurduğum fantaziyalar haqqında da yazım olmuşdu.

Amma bu dəfə onun haqqında yazmalı idim. O belə istəmişdi. Mən də çox istəyərdim. Amma əlimi saxlayan bir şeylər var idi. İçimdə sızlayan bir şeylər. Yazarsam özümdən belə gizlətdiyim o sirr aşkara çıxar deyə qorxurdum. Hə mən onu sevirdim.

Evli olduğunu öyrəndiyim an boynumda bir istilik hiss etmişdim. Ondan sonra bir də heç nə hiss etmədim. Günah hissindən başqa...

Amma hətta bu hiss də məni ondan uzaqlaşdıra bilmədi. Səbəbsiz bir acizliklə ondan qopa bilmirdim. Əslində səbəb aydın idi, mən onu sevirdim. Bir də arvadının qoxusunu çox sevirdim. Boynundan həmişə o qoxu gəlirdi. Mənim üstümdən də həmişə o qoxu gələrdi. Üçümüzü birləşdirən tək şey o idi. Bir də xəyanət...

Yazmağımı istəmişdi. Amma xəyanət haqda yox, sevgimizdən yazmağımı istəmişdi. O bunu istəyəcək qədər cəsarətli idi, mənsə yaza bilməyəcək qədər cəsarətsiz.

Sonra bir də danışmadıq bu haqda. Bəlkə də başa düşmüşdü bizim yazılacaq bir romanımız yoxdu… Bəlkə də bunu anladı deyə bir gün qopdu məndən. Bir də görüşməməyə verilən o qərar məni günahlardan uzaqlaşdırıb sonsuz bir səssizliyin içinə atdı.

Hamı susmuşdu. İllərlə heç kim danışmadı. Susdular səssizliyi dinlədilər. Və bir gün yazdım… Bir roman yazdım. Onun haqqında yox, arvadının qoxusu haqqında. Çünki ən çox onun üçün darıxmışdım…

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #