Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil
23 may 2024
# 11:30

Yaddaşım yükünü çəkə bilmir ta,

Başımı təlliyir ümid təsəlli.

Haqqında düşünmək istəməsəm də,

Uşaq çantası da ağırdı mənə.

Gün çıxır, səhərə yaxınlaşıram,

Gün batır, axşama yaxınlaşıram

Ömrün 65-ində hərdən,

Özümlə vidalaşıram.

Gündüzlər günlə, axşamlar Ayla

Hərdən misra-misra, bənd-bənd şeirlə

Danışıb, dilləşib sakitləşirəm.

Seyrək yarpaqlar düşür payızın boz ovcuna

Ağacların kölgəsi uzanır axşam-axşam

Təqaüd bağçaları bağlanıb gün batmamış,

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar.

Gözümə durur, mat-mat baxıram pillələrə

Liftlə düşüb çıxıram, bu kitabsız şəhərə

Üzə düşür, adamlar yol verirlər keçirəm

Yola verirlər tez-tez növbədə birinciyəm.

Gecələr uzun olur, ərşə çəkilir yuxu

Saat-saat oynayur pəncərədə pərdələr

Səhərəcən ulayur Xəzri - Bakı küləyi

Yataq otaqlarında kimsəsizdi lampalar.

Ağ-qara şəkillərdə üzümə baxır qadın -

Hər gecə mənimlədi - “uzaq düşən qonağım “

-“əgər sənsiz oldumsa – bu işığa kor baxım” ...

Gözümdə gecələyir mərmi düşən torpağım.

# 7683 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
# # #