ADO-nun yeni məkanının açılışı – sərgi, konsert və performans

ADO-nun yeni məkanının açılışı – <span style="color:red;">sərgi, konsert və performans
29 mart 2017
# 15:09

ADO Theatre – Collective aprelin 2-də 6-cı məkanının açılışını edəcək. Kulis.azın məlumatına görə ADO açılışında bir neçə tədbirlə izləyicilərin qarşısına çıxacaq.

2013-cü ildə yaranan ilk müstəqil “Oda” teatrı daha sonra adını və fəaliyyət planını genişləndirərək “ADO Theatre – Collective” kimi işlərini davam etdirib. Müxtəlif səbəblərdən məkanlarını dəyişən ADO artıq 6-cı yerinin açılışını edəcək.

Açılışda məşhur rəssam Lyubov Mircavadovanın rəsmlərindən ibarət sərgi olacaq. Sərgi zamanı qısa “Hamam” adlı performans nümayiş olunacaq. Daha sonra isə fransız musiqiçi Pier Treqomənlə azərbaycanlı xanəndə Qoçaq Əsgərovun birgə musiqi nömrələri olacaq. Açılış saat 20:00-dan 23:00-a kimi davam edəcək.

Rəssam Lyubov Mircavadova dünya şöhrətli rəssam Cavad Mircavadovun həyat yoldaşıdır. 1949-cu ildə Bakıda anadan olub. 2010-cu ildə Fransa dövləti onu İncəsənət və Ədəbiyyat ordeni ilə (Kavaler dərəcəsi) təltif edib. Onun müxtəlif məkanlarda və bir neçə Avropa ölkələrinin Bakıdakı səfirliklərində sərgiləri təşkil olunub. 1992-ci il – BOSKİ qalareyası, Kopenhagen; 1994 – Art Gallery, Kopenhagen; 1999 – Fransız Mədəniyyət Mərkəzi; 2000 – Azərbaycan – Alman Mədəniyyət Mərkəzi, Kappelhaus; 2013 – Niderlandın Azərbaycandakı Səfirliyi; 2015 – Fransanın Azərbaycandakı Səfirliyinin İqamətgahı və.b sərgilərini qeyd etmək olar. Sərgidə onun indiyədək nümayiş olunmamış, yeni rəsmləri olacaq.

“Hamam” nümayişinin düzənləyicisi ADO-nun qurucusu Elmin Bədəlovdur. Nümayişçisi isə Elsa Furtadodur.

Pier Troqman isə Muğam Mərkəzində konsert vermək üçün Fransadan Azərbaycana gəlib. O azərbaycanlı xanəndə Qoçaq Əsgərovla birgə musiqi nömrəsini ADO-nun açılışında ifa edəcəklər. Onlar fərqli ifaları ilə yadda qalıblar. İfalarında cazz və muğamı daha çox sintez edirlər. Birgə ifaları isə “Mugham Souls” adlanır.

ADO-nun açılışı ilə əlaqədar baş tutacaq tədbirlər silsiləsinə giriş sərbəstdir və izləyicilər üçün “buffet” də nəzərdə tutulub.

Ünvan: Mirzəağa Əliyev 245 // ADO

Tel: 050 394 48 64 & 070 219 83 33

E-mail: [email protected]

Rəsmi sayt:

ado.az

Rəsmi səhifələr:

fb.com/adotheatre

instagram.com/adotheatre

# 3038 dəfə oxunub

Oxşar xəbərlər

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 4 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər