İnəyə pivə içirən yaponlar, siçovul yeyən varlılar FİLM

İnəyə pivə içirən yaponlar, siçovul yeyən varlılar <span style="color:red;">FİLM
29 may 2015
# 10:58

İtalyan rejissoru Gualtiero Yakopettinin sənədli kinoda “mondo” janrının əsasını qoymuş, zamanında qızğın müzakirələrə yol açmış “Mondo Cane” (hərfi mənası “Köpək dünyası”) filmi var.

Film 1962-ci ildə çəkilsə də, aktuallığını qətiyyən itirmir. Və filmin aktuallığını saxlayan önəmli cəhətlərdən biri montaj yolu ilə görüntülərə verilən şərhdədir.

Bu ekran işi nədən bəhs edir?

Təhkiyə paralel montaja əsaslanır: ən müxtəlif mədəniyyətləri, xalqların həyat tərzini paralel montajla ekrana gətirməklə ziddiyyət yaradır.

Amerikada varlı ailələr vəfat etmiş sevimli itlərini onlar üçün ayrılmış xüsusi qəbiristanlıqda dəfn edir.

Yaponiyada inək ətinin yumşaq olması üçün massaj edilir və pivə içirdərək kökəldilir.

Afrikada adam əti yeyən tayfa hər beş ildən bir amansız, qanlı karnaval düzənləyir: onlar bir sürü qabanı vəhşicəsinə öldürüb mədələri partlayana kimi tıxırlar.

Yenə Afrikada vur-tut 34 kilosu olan, cılız, balacaboylu qəbilə başçısının hərəmxanasındakı qadınları çox yeməyə məcbur edirlər. Çünki 150 kiloya çatan qadınlar həm gözəl sayılır, həm də xüsusi statuslara malikdirlər.

Və paralel qərbdə köklükdən xilas olmaq istəyən qadınların çəki atması üçün səylə idman etmələri ekrana gəlir.

Qərbdə varlılar yalnız qarışqa, tarakan, siçovul verilən restoranlarda şam edirlər.

İtaliyada qədim ritual həyata keçirilir: insan izdihamı ilanlarla bəzək-düzək vurulmuş heykəlciyin arxasınca əllərində ilan, koramal addımlayırlar.

Yenə İtalyada müqəddəs cümə günü İsa Məsih kimi çələng qoyan gənclər özlərini yaralayır, qanlarına qəltan edir və bununla da günahlarını yuyurlar.

Daha sonra biz ekoloji fəlakətlərin baş verdiyi bölgələrə səyahət edirik. Radioaktiv maddələrin dəniz heyvanlarını, quşların öldürdüyü dəhşətli görüntülər və s.

Bu cür kadrları ən müxtəlif sənədli filmlərdə izləmişik.

Fəqət, Yakopetti bu səhnələri sadəcə lentə köçürməklə kifayətənmir. Montajın, planın, rakursların imkanlarından istifadə edərək ustalıqla hadisələri sənədlidən bədii film səviyyəsinə qaldırır.

Məsələn, Amerikada itləri öldüyünə görə hönkür- hönkür ağlayan varlı, kübar qarıları köndələn, yaxın planda götürür: bu baxış bucağından qarıların qısıla-qısıla ağlaması qeyri-səmimi, gülməli görünür. Onlar itlərinə bağlılığına, ağladıqlarına görə sanki həm də ətrafın reaksiyasından utanıb üzlərini gizləməyə çalışırlar.

Ağlaşmanın fonunda bir itin qəbri üstə başqa itin təbii ehtiyacını ödəməsi xüsusi vurğulanır.

Zərif, eleqant qadın və kişilərin boşqablarındakı iri planda göstərilən qarışqa, tarakan qalağı o qədər qeyri-estetik görünür ki, bu adamlar insanlıqdan çıxaraq böcək yeyən heyvana, həşərata “çevrilirlər”.

İtaliyanın Kalabriya bölgəsində həyata keçirilən dini ritualı izdiham küt baxışları ilə müşayiət edir, gənclərin günahyuma mərasimindəki nümayişkaranəlik aksenti onların niyyətini səmimiyyətdən uzaqlaşdırır.

Asiya ölkəsində köpək balıqlarını ələ keçirmək üçün onun ağzına zəhərli dəniz kirpilərini tıxayaraq öldürən balıqçıların soyuqqanlı hərəkətləri, baxışları insan təbiətindəki heyvani mahiyyəti göstərir.

Sonra kamera Almaniyanın pablarında pivə içib sərxoşluqdan özünə nəzarəti itirmiş qadınların-kişilərin eybəcər görkəm almasını göstərir.

Ada ölkələrindən birində dəniz yırtıcılarının şikəst etdiyi balıqçıların ayaqsız, əlsiz, qolsuz bədənlərin sahildəki mizanı hansısa qədim əcaib kukla teatrının tamaşasını xatırladır.

Sinqapurda ölüm evlərində xəstəlikdən qocalar can verir, ölüm anını gözləyir və bu səhnə həyatın qaynadığı məkanla növbələşərək amansız konrtast meydana çıxarır.

Müəllif Asiya ölkəsində əsgərlərin öküzlərin başını asanlıqla kəsməsini və hərbdə cəsarət, kişiliyi ifadə edən bu mərasimin əks tərəfini göstərir. Öküzün başının kəsildiyi bıçaqdan damcılanan qan heç də cəsarətlə, kişiliklə assosiasiya olunmur. İngilis zabitlərinin qətl mərasimini tamaşa kimi izləməsi xoşagəlməz hiss qoyur.

Və ya Portuqaliyada beş-altı kişinin zavallı öküzə cummağı ironiya ilə lentə alınır.

Yakopetti filmi ilə nikbinlik üçün yer qoymur: sivil və ya ibtidai şərtlərdə yaşamasından asılı olmayaraq insanın vəhşi təbiəti dəyişmir, bəşəriyyət geriyə doğru gedir.

Üç ilə çəkilən film sənədli kinoda “mondo” janrının əsasını qoyub. Bu janra görə müəlliflər kinoda qəddarlıq, ölüm mövzusundan istifadə edərək, tamaşaçıya şok effekti yaratmaq məqsədi güdür.

Əgər “Mondo Cane” filminə baxmaq fikrinə düşsəz, ona mütləq acqarına baxın ki, sonra yediyinizi qaytarmayasınız.

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #