Paytaxt teatrlarının ən çox satılan tamaşaları SORĞU

Paytaxt teatrlarının ən çox satılan tamaşaları SORĞU
10 mart 2015
# 20:00

Akademik Milli Dram Teatrının ən çox satılan tamaşası aktyor Fuad Poladovun oynadığı “Şah Qacar” tamaşasıdır. Teatrın mətbuat xidməti Elçin Cəfərovun Kulisə söylədiyinə görə, “Şah Qacar” teatrın ən gəlirli tamaşasıdır.

Əli Əmirlinin pyesinə rejissor Azərpaşa Nemətin verdiyi quruluşda tənha şahın faciəsindən danışılır.

Gənc Tamaşaçılar Teatrının ən satılan tamaşası “Şeyx Sənan” (Hüseyn Cavid) tamaşasıdır. Sevgidən bəhs edən tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır.

Teatrın direktoru Mübariz Həmidovun sözlərinə görə, gündüz tamaşalarının əksəriyyətində yerlərin 80-90 faiz satılır. Axşam tamaşalarından çox satılanlar isə “Şeyx Sənan” (H.Cavid) və “Aydın” (C.Cabbarlı) tamaşalarıdır: “Adı tamaşaçıya az tanış olan Martin Makdonaxın trilogiyası: “Lineynin gözəllik kraliçası” “Konnemarada kəllə”, “Yalqız Qərb” az baxılan tamaşalardandır, halbuki, tamaşaların keyfiyyəti çox yüksəkdir”

Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu ən çox satılan tamaşalar sırasında teatrın repertuarının az qala yarısını sadaladı: Ü.Hacıbəyli "O olmasın, bu olsun", "Ər və arvad", E. Sabitoğlu, T. Vəliyeva "Bankir adaxlı", R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov "Talelər qovuşanda", rus dilli tamaşalar J.B. Molyer "Skapenin kələkləri", M. Komaletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir", uşaq tamaşaları Q.X. Anderson "Düyməcik", R. Ağayeva, A. Xayt, A. Kurlyanski "Bir dayan canavar", E. Sabitoğlu, Y. Şvarts "Qırmızıpapaq" ən çox bilet satılan tamaşalardan imiş.

Dövlət Pantomima Teatrının “Hit” tamaşası uzun illərdir ki, dəyişmir: teatr yaranandan repertuarda olan aktyorları ilə, nömrələri ilə yenilənən “Pantomima buketi” (rej. Bəxtiyar Xanızadə) 20 ildən artıqdır ki, tamaşaçıların ən gözlədiyi, ən izlədiyidir. Teatrın direktoru Elman Rəfiyevin sözlərinə görə, indi tamaşaçı daha çox əyləncəli, gülməli tamaşalara meyl edir. Nə qədər yaxşı olsa da, “Kesa və Marito” kimi düşündürücü tamaşaları ən çox satılan tamaşalar siyahısına sala bilmərəm”.

Yuğ teatrının ən çox satılan tamaşası “Naməlum Axundzadə” tamaşasıdır. “Naməlum Axundzadə” Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları” traktatı və komediyaları əsasında Gümrah Ömərin hazırladığı tamaşadır.

Kukla teatrının ən çox satılan tamaşası “Cik-cik xanım” tamaşasıdır. Hərçənd teatrın demək olar ki, bütün tamaşaları belə demək mümkünsə “kassa tamaşalarıdır”.

Opera və Balet Teatrının ən çox satılan opera tamaşası Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasıdır. Baletlərdən isə “Min bir gecə”, “Qu gölü”, “Yeddi gözəl” kassadan ən çox gəlir gətirənlərdir.

Rus Dram Teatrının ən gəlirli tamaşa üçlüyündə “Qürur və qərəz” (C.Ostin) 1-ci yerdədir. “Billur sarayda” (i.Əvəndiyev) və “Adaxlı çağırmısız, qızlar” tamaşası da gəlirli tamaşalardandır. Teatarın direktoru Ədalət Hacıyev bu vəziyyəti ilk növbədə tamaşaların mövzusuna bağlayır: hər üç tamaşada baş qəhrəman qadınlardır. Bizim tamaşaçılarımızın da çoxu qadınlardır”.

# 2064 dəfə oxunub

Oxşar xəbərlər

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

17:00 30 iyul 2026
“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü

“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü

16:30 30 iyul 2026
Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

14:30 30 iyul 2026
Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

12:30 30 iyul 2026
Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

10:20 30 iyul 2026
Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər