Boğazında xəzinə olan qız-MARAQLI ƏHVALATLAR

Boğazında xəzinə olan qız-<span style="color:red;">MARAQLI ƏHVALATLAR
13 noyabr 2014
# 11:39

Kulis.az dahi bəstəkarlarla bağlı maraqlı əhvalatları təqdim edir.

İohan Sebastyan Bax prelüdlərindən birini orqanda ifa edərkən şagirdinin bu ifanı heyrət içində dinlədiyini görüb söyləyir: “Burada çətin heç nə yoxdur. Sadəcə, düzgün vaxtda düzgün klavişi basmaq lazımdır!”

***

Günlərin bir günü Haydnın yanına qəssab gəlir və bəstəkardan qızının toyuna minuet bəstələməyi xahiş edir. Qəssab təyin edilən vaxt öz sifarişini alır. Bir neçə gündən sonra Haydn küçədə minuetinin bərbad ifasını eşidir. Pəncərəyə yaxınlaşır və xoşbəxtlikdən üzü işıq saçan qəssabı, onun yanında sanki qızıl suyuna çəkilmiş buynuzları olan öküzü, yeni evlənən cütlüyü, şən qonaqları və böyük küçə orkestrini görür. Bəstəkarı görən qəssab baş əyir və deyir: “Maestro! Qəssab minnətdarlığını yalnız ən yaxşı öküzünü hədiyyə verməklə nümayiş etdirə bilər”.

Həmin vaxtdan etibarən Haydnın do-minor minuetini “Öküz minueti” adlandırırlar.

***

Yeddi yaşlı Motsart Frankfurt-Maynda konsert verərkən yanına on dörd yaşlı oğlan yaxınlaşır:

- Necə də gözəl ifa edirsən. Mən heç vaxt belə çala bilmərəm.

- Niyə ki? Cəhd elə, alınmasa, not yazmağa başla.

- Hə yazıram... şeir yazıram.

- Bu da maraqlıdır, gözəl şeir yazmaq... Yəqin, bu çox çətindir, musiqi bəstələməkdən də.

- Yox, qətiyyən, çox asandır. Sən bir cəhd elə.

Volfqanq Amadey Motsartın həmsöhbəti Volfqanq Höte idi.

***

Bir dəfə Motsarta bəstəkar olmaq istəyən bir gənc yaxınlaşır.

– Simfoniyanı necə yazım?

- Amma siz simfoniya yazmaq üçün çox cavansınız. – Motsart cavab verir, - Bəlkə, bir az asanından başlayasınız, məsələn, balladadan?

- Axı siz özünüz doqquz yaşınızda simfoniyadan başlamısınız...

- Hə, - Motsart razılaşır, - Fəqət mən heç kimdən bunu necə edəcəyimi soruşmamışdım...

***

Haydnın paxıllığını çəkənlərdən biri Motsartla söhbətdə onun musiqisi barədə deyir: - Heç vaxt belə yazmaram.

- Mən də, - Motsart tələsik cavab verir, - və bilirsiniz, niyə? Çünki nə sizin, nə mənim ağlımıza belə gözəl melodiyalar gələ bilər....

***

Motsartın şən dostlarından biri onunla zarafat etmək qərarına gəlir. Ona içində məktubdan savayı heç nə olmayan böyük bağlama göndərir. Məktubda yazılmışdı: “Əziz Volfqanq! Mən sağ və salamatam!”

Bir neçə gündən sonra zarafatcıl dost özü böyük bağlama alır. Bağlamanı açıb böyük daş görür. Daşın üstündə yazılmışdı: “Əziz dost! Sənin məktubunu aldıqdan sonra ürəyimdən bu daş düşdü, rahatladım!”

***

Lüdviq van Bethoven Drezdendə bəstəkar Paer tərəfindən yazılmış “Leonora” operasına baxır. Opera ona çox adi və bəsit gəlir. Tamaşa bitdikdən və elə də gur olmayan alqışlar səngiyəndən sonra Paer Bethovenə yaxınlaşıb onun əsəri barədə nə düşündüyü ilə maraqlanır. Bethoven cavab verir:

“Möhtəşəm operadır! Hətta o qədər xoşum gəldi ki, çox güman ki, ona musiqi də bəstələyəcəm”.

***

Bir dəfə Rossininin dostlarından biri ondan yenicə oxumağa başlayan qızı dinləməsini xahiş edir.

– Sizi əmin edirəm, maestro, onun boğazında xəzinə var!

- Belə olan halda niyə onu mənim yanıma gətirmək istəyirsiniz ki? Qızı cərrahın yanına aparın, qoy o xəzinəni çıxarsın. Daha sonra isə bankirin yanına yollayın. Bu onun üçün böyük uğurdur.

***

Günlərin bir günü Rossini Motsartın “Don Juan” operasına baxmağa gəlir. Əsas partiyalardan birini məşhur tenor Rubini ifa edirdi. Rossinin yanında əyləşən gənc oğlan səhnədəki ifaçı ilə bərabər oxuyur, bununla yanında oturan tamaşaçılara operanı dinləməyə mane olurdu.

- Sən bir yaramaza bax! – Rossini bərkdən şikayət etdi.

- Bunu mənim ünvanıma söyləyirsiniz? – gənc incimiş halda soruşdu.

- Xeyr, xeyr, nə danışırsınız? Mən bunu sizin möhtəşəm ifanızı dinləməyə imkan verməyən səfeh Rubiniyə deyirəm!

***

İohan Brams aristokratlardan birinin evində qonaq olur. Qonağına diqqət məqsədilə ev sahibi süfrəyə ən yaxşı şərab gətirilməsini əmr edir. Bəstəkarın şərəfinə sağlıq söyləyir və nitqini bu sözlərlə bitirir: “Cənablar, bu, zirzəmimdə olan ən yaxşı şərabdır. Belə demək olarsa, şərabların Bramsı!”

Bir az keçəndən sonra ev sahibi bəstəkardan daddığı şərabı xoşlayıb-xoşlamadığını soruşur. – “Pis deyil, fəqət... şərablarınızın arasında təsadüfən Bethoven yoxdur?”

***

Şopendən çıxışlarına necə hazırlaşdığı barədə sual verəndə cavab verirdi: “ İki həftə ərzində qapımı bağlayır və Baxı çalıram – bu, mənim hazırlığımdır”.

***

Bir dəfə Şopen Listə etiraf edir: “İnsan yığını məni qorxudur, yad simalar qarşısında dilim tutulur. Maraq dolu baxışlar məni iflic edir. Amma sən bu məsələdə əsl ustasan. Publikanı ələ almaq mümkün olmadığı halda, onun başından vurmağa bir şey tapırsan”.

***

Romançı Jorj Sandla tanış olduqdan sonra Şopen dostuna demişdi: “Bu Sand nə iyrənc qadındır, ümumiyyətlə, qadındırmı? Nəsə buna şübhəm var”. Buna rəğmən, Şopen və Sand doqquz il ərzində görüşürlər. İntim münasibətlər bir müddətdən sonra bitir. Yazıçı xanım bəyan edir: “Şopen yataqda meyitə bənzəyir!”.

***

Bəzən bəstəkarlar özləri öz bəstələrini o dərəcədə unudurlar ki, onları konsertdə belə tanımırlar. Bir dəfə Çaykovski erkən yaşlarında bəstələdiyi bir musiqini konsertdə tanımır və pyesin müəllifinin kim olması ilə maraqlanır.

***

Günlərin bir günü on doqquz yaşlı bir gənc Milan konservatoriyasının direktorunun yanına gəlir və onu imtahan etməsini xahiş edir. Qəbul imtahanı zamanı royalda öz bəstələrini ifa edir. Bir neçə gündən sonra gənc ifaçıya sərt cavab gəlir: “Konservatoriya haqda fikri bir qırağa qoyun, ancaq əgər musiqi ilə məşğul olmağı belə çox arzulayırsınızsa, şəhər musiqiçilərindən birinin yanına hazırlığa gedin...” Beləcə, istedadsız gəncə yerini göstərirlər, bu hadisə 1832-ci ildə baş verir. Bir neçə on illikdən sonra isə Milan konservatoriyası illər əvvəl “yox” cavabı verdiyi musiqiçinin adını daşımaq şərəfinə layiq görülməsi üçün əldən gedir. Həmin musiqiçinin adı Cüzeppe Verdi idi.

***

Cüzeppe Verdi söyləmişdi: “On səkkiz yaşım olanda özümü dahi hesab edirdim və “Mən” deyirdim. İyirmi beş yaşım tamam olanda “Mən və Motsart” deməyə başladım. Qırx yaşım olanda “Motsart və Mən” söylədim. İndi isə mən yalnız “Motsart” deyirəm.

***

Polşalı skripkaçı və bəstəkar Henrix Venyavski Amerikaya qastrolu çərçivəsində yarıboş konsert salonunda ifa etməli olur. Növbəti səfəri zamanı onu həmin şəhərdə çıxış etməyə dəvət edəndə bəstəkar hiddət içində söyləyir: – Xeyr, rica edirəm! Belə getsə, publika qarşısında ifa etməyi yadırğayacağam!

# 3471 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı  keçiriləcək

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

15:00 14 avqust 2025
"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

13:17 13 avqust 2025
"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər