LGBT ilə Həsən Əliyevin qalmaqalı böyüyür AÇIQ MƏKTUB

LGBT ilə Həsən Əliyevin qalmaqalı böyüyür AÇIQ MƏKTUB
14 aprel 2015
# 12:34

Kulis “Nəfəs” LGBT-nin rəhbəri Cavid Nəbiyevin “Toy 2” filminin rejissoru Həsən Əliyevə açıq məktubunu təqdim edir.

Həsən Əliyev, mənim bu məktubumdan sonra öz açıq məktubunda qeyd etdiyin kimi (“Filmdə seksual azlıqları təhqir etdiyim səhnələri göstərsinlər, o zaman mən üzr istəyəcəm”) dediyin sözə sadiq birisənsə, üzr istəməli olacaqsan.

Birincisi, başlayım səni təhqir etməyimizdən. Mənim yaratdığım eventdə heç bir şəxs səni təhqir etməyib, sənin ünvanına nalayiq sözlərdən istifadə etməyib. Hətta yaradılan eventdə başqa bir şəxs sənin profil linkini paylaşarkən biz qeyd etmişik ki, heç kəs sənə təhqir yazmasın. Biz bunu pislədiyimizi bildirmişik. Bizim eventin yaradılma məqsədi sadəcə tənqid və filmdə qeyd olunanların həqiqəti əks etdirmədiyini, nifrət dolu yumorun homofobiyanı artırmaqdan başqa heç bir şeyə xidmət etməyəcəyini bildirməkdən ibarət idi. Eventimizdəki bütün paylaşımlar ortadadır. Amma, sizin səhifənizdə isə artıq kampaniyamıza qoşulan çoxlu sayda insanın yazdığı fikirlər də silinib. Budurmu sənin dözümlülüyün?! Məni məhkəməyə verməmişdən öncə yaddaşını təzələ. Niyə?! Aşağıda qeyd olunan məsələlərə görə...

Park Bulvarda paylanılan flayerlərdə, filmin qısa süjeti əks olunan videoda səslənən və istifadə edilən “mavi o zamanlar sadəcə bir rəng idi”, “mavi ləkə”, “namus və qeyrət şübhə altına altındadır” kimi ifadələr təhqir deyil, bəs nədir?! Deyirsən ki, filmində məni təhqir edən, qıcıq yaradan heç nə yoxdur. Filmin anons videosunda da yer alıb, xarici dəyərlər fikri ifadə olunan zaman iki çılpaq qucaqlaşan kişi görüntüsü verilib. Bu təhqir deyil, bəs nədir?! Niyə axı sən xarici dəyər dedikdə geyləri iyrənc formada göstərməyi seçib sonra da hansısa bir məktubda etdiyin əmələ təlaşla don geyindirməyə çalışasan?

Sosial şəbəkələrdə film haqqında paylaşımlar olmamışdan öncə, Həsən Əliyev, sən özün verdiyin müsahibədə bildirmişdin ki, çəkdiyin filmdə homoseksualları tənqid etmisən. Həmçinin qeyd etmisən ki, bu allaha ziddir. İndi isə bildirirsən ki, hakim deyiləm ki, insanları mühakimə edəm. Sən özün də bilmirsən nə danışırsan. Gah nala, gah da mıxa vurursan. Və yaxud açıq məktubunda deyirsən ki, onlar layiq olduqları həyatı yaşayırlar. Azərbaycanda LGBT insanların 99% anonimliyə, ikili həyata məcbur olur, təhqir və zorakılığa məruz qalırlar. Demokratik və azad ölkənin vətəndaşları belə həyat yaşamağamı layiqlidir?!

Uzun sözün qısası, hörmətli, “müasir” gənc rejissor Həsən Əliyev, sənin yazdığın açıq məktubda bir təlaş hiss etdim. Özü də bir nazirlik təlaşı… Sən bu məktubunda mənə və bizim tərəfdaşlarımıza hücum edərək havadan-sudan danışdın. Lakin biz bilirik ki, bu məktubun əsl yazılma səbəbi bizim Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev cənablarına göndərdiyimiz müraciət idi. Etiraf et ki, qorxdun… Unutma ki, Azərbaycan kinematoqrafiyası lağlağı işlərdən heç bir fayda görə bilməz.

# 1353 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #